Tabloid.az
Sənubər İsgəndərlinin doğum günüdür - Fotolar
Bu gün xalq artisti, teatr və kino aktrisası Sənubər İsgəndərlinin doğum günüdür.
Tabloid.az xəbər verir ki, Sənubər İsgəndərli 1960-cı il oktyabrın 25-də Bakıda anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
Sənubər İsgəndərli 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım (“Qətl günü” Y. Səmədoğlu), Tamara (“Dadaşbala əməliyyatı” R.Əlizadə), Leyli (“Leyli və Məcnun” M.Füzuli), Fərizə (“Şəhidlər” R.Səməndər), Bahar (“Kimdir müqəssir” Ə.Haqverdiyev), Tomris (“Yeddi məhbusə” Ə.Əmirli), Müğənni qız (“Laləli düzən” R.Əlizadə), Qonaq (“Qurbanəli bəy” C.Məmmədquluzadə) və s. rollarını oynayıb.
1997-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), İcraçı (“Şah Edip” Sofokl), Burla Xatun (“Burla xatun” N.Xəzri), Nisə xanım (“Lənkəran xanının vəziri” M.F.Axundov), Ulduz (“Ulduz, yaxud Ədirnə fəthi” C.Cabbarlı), Aysel (“Cəzasız günah” B.Vahabzadə), Gertruda (“Hamlet” V.Şekspir), Firəngiz və Fransuaza (“Brüsseldən məktublar” H.Həsənov), Sərvinaz bəyim (“Ölüləri qəbiristanlıqda basdırın” İ.Şıxlı), falçı (“Mesenat” Ə.Əmirli) rollarını oynayıb.
Sənubər İsgəndərova “Şöhrət və ya unudulan adam” (Qadın), “Qurbanəli bəy” (Xanım), “Yaşıl eynəkli adam” (Jalə), “Şirin çay”(Aktrisa), “Bəyaz gecələr” (Nastya), “Qu quşunun məhəbbəti” (Gülər) teletamaşalarına və “Kişi sözü” (Solmaz), “Şahid qız” (Rəna), “Fəryad” (İsmayılın arvadı), “Təsədüfi görüş” (Tamara xanım), “Leyli və Məcnun”( Leylinin anası) filmlərinə çəkilib.
Müxtəlif illərdə əməkdar və xalq artisti fəxri adlarına layiq görülüb. 2012-ci il mayın 9-da Prezident Mükafatına layiq görülüb.
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı