Soyuq havalarda möcüzələr yaradan skrab reseptləri
Bizi izləyin

Tabloid.az

Soyuq havalarda möcüzələr yaradan skrab reseptləri

Tabloid.az qış ayları üçün ən yaxşı skrab reseptlərini təqdim edir

Elə bilirik ki, soyuqdan ancaq əllər və üz dərimiz təsirlənir. Ona görə də əllərimizə və üzümüzə qulluq edirik. Bədənimizin qalan yerlərinin isə paltar sayəsində soyuqdan qoruduğumuzu düşünürük. Ancaq nə qədər qalın geyinsək də, soyuq hava bədənimizin dərisinə mənfi təsir edir.

Ona görə də payız və qış mövsümündə bədəninizə təbii kremlər və losyonlar çəkərək, skrablarla yuyunaraq gözəlliyinizin qeydinə qala bilərsiniz.

Tabloid.az qış ayları üçün ən yaxşı skrab reseptlərini təqdim edir:

Şəkər tozu skrabı

Tərkibi:

Qəhvəyi şəkər tozu

Zeytun yağı

Bir stəkan zeytun yağına iki stəkan qəhvəyi şəkər tozu töküb qarışdırın və təmiz dəriyə çəkərək dairəvi hərəkətlərlə bədəndə gəzdirin. Daha sonra yuyunun. Bu skrabı ağzı bağlı bankada 1 ay saxlamaq olar.

Bal skrabı

Təbii bal alıb uzun müddət istifadə etmədən saxlayın. Bu zaman bal qatılaşacaq və bir müddət sonra içərisində kristallar yarandığını görəcəksiniz. Bu zaman ondan istifadə edə bilərsiniz. Üz də daxil olmaqla bədəninizin hər bölgəsinə çəkə bilərsiniz.

Həssas dəri üçün skrab

Həssas dərisi olan xanımlar üçün ən ideal skrab avokado və xiyardan hazırlanır.

Tərkibi:

1 stəkan avokado yağı

2 stəkan qəhvəyi şəkər tozu

1 ədəd xiyar

Əvvəlcə avokado yağı ilə şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra üzərinə rəndələnmiş xiyarı əlavə edin. Bu skrab dərini gözəlləşdirməklə yanaşı nəm balansını da qoruyur.

Dərini canlandıran skrab

Tərkibi:

Qara rəngli dəniz duzu

Ananas

Zeytun yağı

İki stəkan duz, bir stəkan zeytun yağı və rəndələnmiş ananası qarışdırın. Bu skrabı üzə də çəkə bilərsiniz. Ancaq əsl möcüzəvi təsirini ombalarda göstərir.

Gözəlliyinizi qorumaq üçün bu skrabı hamamınızdan əksik etməyin.

Yaşıl çay skrabı

Tərkibi:

Tünd dəmlənmiş və soyudulmuş yaşıl çay

Bal

Şəkər tozu

İki yemək qaşığı bal, bir yemək qaşığı şəkər tozu və iki yemək qaşığı yaşıl çayı krem halını alana kimi qarışdırın.

Bu skrabın tərkibindəki yaşıl çay dərini təmizləyir, bal nəmləndirir, şəkər tozu isə dəriyə parlaqlıq və canlılıq verir.

Bu skrabı hazırlayıb saxlamaq olmaz. Hər dəfə yenisini hazırlamalısınız.

Çiyələkli skrab

Tərkibi:

Badam yağı

Çiyələk

Şəkər tozu

Bir stəkan püre halına gətirilmiş çiyələyin üzərinə 1 stəkan şəkər tozu əlavə edin. Daha sonra 3 qaşıq badam yağı əlavə edib qarışdırın.

Bu skrab dərini nəmləndirməklə yanaşı həm də qidalandırır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm