Soyuqluğu və zərifliyi özündə birləşdirən rəng - Fotolar
Bizi izləyin

Tabloid.az

Soyuqluğu və zərifliyi özündə birləşdirən rəng - Fotolar

Soyuqluğu və zərifliyi özündə birləşdirən rəng

Qara rəng bütün qadınların qarderobunun şah rəngidir. Çünki tələsəndə və nə geyinəcəyimizi bilməyəndə məhz qara rəngli paltarlara əl atırıq. Qəhvəyi qaranın bir növ qardaşı və bir-birinə yaxın tonlar olduğu üçün onu da xilaskar rənglər sırasına əlavə edə bilərik. Eyni zamanda, qəhvəyi bu qış olduqca aktual olacaq. Qəhvəyi çantalar, ayaqqabılar, şərflər, papaqlar, əlcəklər, hətta qəhvəyi ziyafət libasları da dəb gündəmində özünə yer tutacaq.

Qəhvəyi rəngi paltar seçəndə bir neçə nüansa fikir vermək lazımdır.

• Qəhvəyinin elə tonunu seçməlisiniz ki, dəri rənginizə də uyğun olsun. Sarışınlar sərt qəhvəyi tonlara müraciət etməli olduğu halda, əsmər xanımlar qəhvəyinin daha yumşaq və açıq tonlarına üstünlük verməlidirlər.
• Qəhvəyi rəngli paltarı tamamlamaq və sadə zərifliyə nail olmaq üçün həcmli və zövqli aksesssuar seçmək lazımdır.
• Paltar seçəndə biçiminə də fikri verməlisiniz. Uzun qəhvəyi rəngli paltar özəl bir gecədə bütün nəzərləri üzərinizə toplamağa kömək edəcək. Təbii ki, diqqət mərkəzində olmaqdan çəkinmirsinizsə...
• Düzünə qalsa, qəhvəyi o qədər də könülaçan, əyləncəli rəng deyil. Buna baxmayaraq, tutqun rəng də adlandırmaq olmaz. Onun modanın iki əsas rənglərindən biri olduğunu unutmayın. Digərinin qara olduğunu deməyə isə ehtiyac yoxdur...

Tabloid.az-ın seçdiyi qəhvəyi rəngli geyimlərə baxmağı unutmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm