Tabloid.az
Faiq Ağayev: “Ən böyük qazancım tamaşaçı məhəbbəti oldu” - Video
Bu gün sevilən sənətkar, xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 26 ili tamam olur.
Tabloid.az xəbər verir ki, müğənni bu günlə bağlı təəssüratlarını “Facebook”da yazıb.
“Artıq 17 noyabrdır. Və bu, o deməkdir ki, artıq səhnə fəaliyyətimin 26-cı ilini tamam edib, 27-cisinə qədəm basdım”-deyə xalq artisti bildirib:
“Bu illər ərzində ən böyük qazancım təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür sənə, ya Rəbbim! Sonsuz minnətdarlıq, əziz azərbaycanlılarım! Məni bu mərtəbəyə layiq görən Vətənim, xalqım - verdiyiniz dəyər ən böyük varlığımdır! Təşəkkür!!!”
Qeyd edək ki, 17 yaşından səhnədə olan Faiq Ağayev 42 illik ömrünün 26 ilini sənətə həsr edib. 29 yaşında əməkdar, 37 yaşında isə xalq artisti fəxri adlarına layiq görülüb. O, 1988-ci ildə “Bakı Payızı – 88” respublika mahnı müsabiqəsində qalib gələrək səhnə karyerasına başlayıb.
Sevilən sənətkar mükafatlara layiq görülüb, bir çox hit mahnılar oxuyub. İlklərə imza atan F.Ağayev Heydər Əliyev Sarayında 5 gün ard-arda anşlaqla konsertlər verib.
Onu da qeyd edək ki, F.Ağayev 1988-ci ildə “Bakı Payızı” müsabiqəsində ifa etdiyi “Ən əziz gün” mahnısının video çarxını da “Facebook”da paylaşıb. Mahnının musiqi müəllifi Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovdur.
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO