Tabloid.az
Dəriyə uyğun ən ideal tonal kremi necə seçməli? - Fotolar
Tonal krem makiyajda baza olsa da, ancaq ən mühüm vasitədir. Əgər tonal krem qüsursuz olsa, o zaman bütün makiyaj gözəl görünəcək. Təəssüf ki, qadınlar makiyaj edəndə tonal krem seçimində tez-tez səhvlərə yol verirlər. Tabloid.az onlardan ən geniş yayılmış variantlarını təqdim edir:
1. Ən vacibi düzgün çalarda ton vasitələrini seçməkdir. Bu prosesdə qadınların çoxu tez-tez ciddi səhvlər edirlər. Düzgün tonal kremi seçmək üçün onu ələ çəkmək lazım deyil. Tonal kremi hər zaman etdiyimiz kimi yanaqlara çəkmək və yumşaq hərəkətlərlə yaymaq lazımdır. Tonal kremin rəngi sizin təbii dəri rənginizlə vəhdət təşkil etməlidir.
2. Tonal vasitəni təkcə effekt verdiyinə görə deyil, həm də sizin dəri tipinizə görə təyin edilməlidir. Əgər dəriniz yağlıdırsa, yağsızlaşdırılmış konsistensiyada alın, yox, əgər quru dəriyə sahibsinizsə, o zaman tərkibindəki qidalı komponentlər olan tonal əsaslı kremlər alın.
3. Aftozaqar – qaralmış dəri effektini əldə etmək üçün həddindən artıq tünd rəngli tonal kremlər çəkməyin. Bədənin digər nahiyələri ilə müqayisədə üzünüzün rəngi fərqli və səliqəsiz görünəcək. Buna görə də hər zaman öz dəri rənginizlə ahəng təşkil edən tonal əsaslı kremlərdən istifadə edin.
4. Dərinizin qaralmasını istəyirsinizsə, ya solyariyə gedin, ya da bronzerdən istifadə edin. Bronzeri isə üzün hər tərəfinə çəkmək lazım olmayacaq. Onu ancaq qabarıq hissələrə: yanaqlara, buruna və alına çəkə bilərsiniz.
5. Tonal kremi heç vaxt qalın təbəqə şəklində çəkməyin. Hətta üzünüzdə gizlətmək istədiyiniz qüsurunuz varsa da, belə etmək düzgün deyil. Qalın təbəqə onları yalnız vurğulayacaq və qırışları daha görünən edəcək. Nöqsanları örtmək üçün xüsusi korrektorlardan istifadə edin.
6. Tonal kremi ayrı-ayrı sahələrə çəkməyin. Bu, ancaq ən ideal dərisi olan qızlara icazə verilir. Digər hallarda üzünüzdə ləkə effekti yaranacaq.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?