Tabloid.az
Dekorasiyada dəbdəbədən uzaq qəşəng tərz - Fotolar
"Country" stili dekorasiyada təbiiliyi təmsil edir. Keçmişdən günümüzə bir körpü vəzifəsini yerinə yetirən "country" stili, dəbdəbədən uzaq və eyni zamanda da çox qəşəngdir.
"Country" stilində mebellər adətən açıq rəngli olur. Qoz, qırmızı kimi taxta materiallardan istifadə olunur. Mebellər kəskin deyil, girdə xətlərə malik olmalıdır. Eyni zamanda, kreslolarda çox geniş, oturma və söykənmə yerləri vardır. Eyvanlarda və bağçalarda bu tərz yaratmaq istədikdə həsir və bambuk mebellərə üstünlük verilir.
İstifadə edilən parçalarda isə damalı, zolaqlı və çiçək naxışları olmalıdır. Bu 3 göz yormayan naxış rənglərini asanlıqla bir araya gətirərək evlərinizdə təbii görünüş yarada bilərsiniz.
Janrın yaranma prosesində əksər zaman açıq rənglər istifadə edilir. Bu stil təbiətdəki təbii rəngləri evlərinizə qonaq gətirir. Fon ağ, mebellər qəhvəyi, krem və pastel çalarlarında ola bilər. Bu sadəliyi çiçək naxışlı parçalar izləməlidir.
Evi aksessuarlar ilə bəzəmək istəyəndə ağla birbaşa həsir səbətlər və çilçıraqlar gəlməlidir. Keramika və torpaqdan hazırlanmış aksessuarlar da istifadə edilə bilər.
"Country" tərzi dekorasiyasında 3 əsas faktoru diqqətdə saxlamaq lazımdır. Bunlar: rahatlıq, təbiilik və sadəlikdir. Dekorasiya zamanı mümkün qədər metal və rəqəmsal obyektlərdən uzaq durulmalıdır. Mebellər naxışlı versiyalarda seçilməlidir. Toxunma materiallar ənənəviliyi əks etdirməlidir.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO