Tabloid.az
Beyin sağlamlığını qoruyan qidaların siyahısı
Beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur. Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir . Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan gördüyündə ya da azaldığında dopamin ifraz edilmir. Bu azalmış dopamin nəticəsində bədəndə titrəmə, hərəkətin zəifliyi və bədənin tarazlığının pozulmasıyla ortaya çıxan xəstəliyə Parkinson xəstəliyi deyilir. Parkinson xəstəliyi beynin xroniki inkişaf edən xəstəliyidir: neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.
Parkinson yavaş və hiyləgər inkişaf edən bir xəstəlikdir. Xəstəlik on ilik bir müddət boyunca daim inkişaf edir. Nə ölümcül bir xəstəlikdi , nə də iflicə səbəb olar. İlkin mərhələdə əlamətlər az müşahidə edilir. Lakin daha sonra bu bütün bədənə yayılır. Əlamətlərin şiddəti hər xəstədə fərqlidir. Parkinson xəstəliyinə tutulanlara ətraf orqanlarının qeyri-iradi titrəməsi, əsməsi, əzələlərin sanki donması, nitqlərində əlaqənin pozulması əziyyət verir, onlar hərəkət etməkdə çətinlik çəkirlər. Parkinson xəstələri üçün ayaqları sürüyərək və qısa addımlarla yerimək, bütün bədəni ilə birlikdə dönmə xarakterikdir.
Xəstəlik ümumiyyətlə, 40 yaşından sonra görülür və kişilərdə görülmə sıxlığı bir az daha çoxdur. Bu baxımdan dopamin səviyyəsini qorumaq depressiya başda olmaqla bir çox xəstəliyi əngəlləmək üçün olduqca əhəmiyyətlidir.
Dopamin səviyyəsini yüksəltmək və normal səviyyəyə qaldırmaq üçün sözsüz ki, kimyəvi dərmanlardan istifadə edilir. Ancaq eyni zamanda, təbii üsullarla da onu lazimi səviyyəyə qaldırmağa nail ola bilərsiniz. Dopamin səviyyəsini artırmaq üçün nizamlı şəkildə yatmalı, özünüzə normal məşq proqramı təşkil etməli və uzun müddət stressdən uzaq durmalısınız. Bunlar xaricində gündəlik qidalanmaya bəzi qidalar əlavə edərək də dopamin səviyyəsini yüksəldə bilərsiniz. Bu ərzaqlarda olan maddələr dopamin səviyyəsini yüksəltməyə kömək edir. Tabloid.az orqanizmdə dopamin ifrazını artıran qidaların siyahısını təqdim edir.
Amerikan armudu
Badam
Paxla
Balıq
Buğda toxumu
Qoz
Çiyələk
Alma
Lobya
Hindi
Balqabaq tumu
Qırmızı lobya
Zoğal
Qaysı
Banan
Ördək əti
Çuğundur
Pendir
Protein
Xiyar
Soya lobyası
Küncüt
Süd
Toyuq
Qaragilə
Yumurta
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO