İngilis krallığından təəccübləndirən yasaqlar - Fotolar
Bizi izləyin

Tabloid.az

İngilis krallığından təəccübləndirən yasaqlar - Fotolar

İngilis krallığından təəccübləndirən yasaqlar

İngiltərə taxtının varisi şahzadə Uilyam və xanımı Keyt iki həftə sonra Amerikaya səfər edəcək. Bukinqem Sarayı 3 günlük səfər müddətində media mənsublarına bir sıra normalara əməl olunma şərti qoyub. Bu qaydalar isə mübahisə yaradıb.

İngiltərə taxtının varisi şahzadə Uilyam və xanımı Kembric hersoginyası Keyt ikinci körpələrini gözləyirlər. Cütlük dekabr ayının ilk həftəsində Amerikaya səfər edəcək.

7-9 dekabr arasında reallaşacaq 3 günlük səfər indidən müzakirə olunur. Səbəbi isə İngilis krallığının səfəri təqib edəcək jurnalistlərdən bir sıra qaydalara riayət etmələrini istəməsidir.

Media mənsublarının tabe olması lazım olan qaydalar sarayın internet saytında yazılıb: "Yanlış yerlərdə fotoşəkil çəkməyin, arxadan yeriməyin, insanlara doğru qaçmayın və telefonla mesaj yazmayın". İngilis kral ailəsi üçün jurnalistlərin geyimləri də mühümdür.

"Kral ailəsinin mərasimlərini izləmək istəyən jurnalistlər İngiltərə, ya da xaricdə geyim qaydalarına əməl olunmalıdır " deyən Bukinqem sarayından bildirilib ki, kişilər kostyum, qalstuk, qadınlar da şalvar və ya ətək geyinmək məcburiyyətindədir.

Cins şalvar, idman ayaqqabıları və ya gündəlik paltar geyinənlərin tədbirlərə buraxılmayacağı tapşığırı verilib, bütün bu qaydalar texniki işçilər üçün də keçərlidir. Jurnalistlərin çoxu isə bu dress-koda etirazını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm