Tabloid.az
Tünzalə Ağayeva gözə gəldi - Fotolar
Tədbirlərin birində əməkdar artist Tünzalə Ağayevanı səhnə arxasında gördüm. Əlbəttə səhnə arxasında yaşananlar bir çox tamaşaçıya maraqlıdır. Axı hər şey səhnədə olduğu kimi həlim və yağ kimi getmir...
Amma Tünzalə xanım üçün bu dəfə heç səhnədə də hər şey yağ kimi getmədi. İfasını bitirən müğənnini tamaşaçılar alqışları ilə buraxmaq istəmirdilər. Müğənnini durmadan bir neçə dəqiqə alqışlayan tamaşaçıların deyəsən, əməkdar artistimizə gözü dəydi. Belə ki, müğənninin üzüyü səhnədə əlindən qırılıb itdi. Sonra həmin üzüyü səhnədə Murad Dadaşov taparaq sahibinə qaytardı. Amma artıq qırıq formada...
Tabloid.az-a açıqlama verən müğənni üzüyün kristaldan hazırlandığını və dəyərli olduğunu bildirdi:
“Səhnədə məni alqışlayırdılar. Dayanmayan alqışları görüb, mən də tamaşaçılarımı alqışlamaq istədim ki, əl çalarkən üzük kristaldan olduğundan mikrofona dəyən kimi sındı. Səhnədə bunu büruzə vermədim. Amma bir anlıq qorxdum. Şükür, təki olan üzüyə olsun”.
Tabloid.az Tünzalə Ağayevanın səhnə arxası yaşadıqlarını fotolarla təqdim edir.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi