Eminə Rza Pəhləvi şahın üzüyü hədiyyə edildi - Foto
Bizi izləyin

Tabloid.az

Eminə Rza Pəhləvi şahın üzüyü hədiyyə edildi - Foto

Bu gün azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun doğum günüdür.

Bu gün azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun doğum günüdür. Bu gün əslində o, çox yorğundur. Çünki, 10 və 11 dekabrda dünya şöhrətli müğənni “Krokus”da 2 günlük konsert proqramı ilə çıxış edib.

Tabloid.az xəbər verir ki, 35 yaşını qeyd edən Eminə verilən hədiyyələrin sayı hesabı olmayıb. Amma yubilyara ən dəyərli hədiyyəni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya edib. O, Müslüm Maqomayevin taxdığı Rza Pəhləvi şaha aid olan üzüyü Eminə doğum günü hədiyyəsi edib.

Tabloid.az hədiyyə olunmuş üzüyün fotosunu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm