Tabloid.az
Bu anaların uşaqları daha ağıllı olurlar
Nizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olurlar. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aparılan bir araşdırmada nizamlı olaraq səhər yeməyi yeyən uşaqlar daha ağıllı olduğu məlum olub.
ABŞ-ın Pensilvaniya Universitetindən olan bir sıra alimlər 6 yaşındakı 1269 uşağın "IQ" səviyyəsini və nizamlı nahar edib etmədiklərini araşdırıb. Nahar etməyən uşaqlarla, hər zaman ya da çox vaxt nahar edənlərin "İQ" səviyyəsi ölçülüb. Məlum olub ki, birincilərin nitq qabiliyyəti 5.58, müvəffəqiyyət səviyyəsi 2.50 və "IQ" səviyyəsi 4.6 bal ikincilərdən aşağıdır. Yəni, hər səhər yumurta bişirən anaların uşaqları daha ağıllı olurlar.
Araşdırma qrupuna rəhbərlik edən Cianghong Liu uşaqlıq dövründən qidalanma vərdişinin və həyat tərzinin təyin olunmağa başlanan kritik dövr olduğunu və uzun müddət sağlamlığa ciddi təsir göstərdiyini vurğulayıb.
6 yaşda uşağın zehni bacarığının sürətlə inkişaf etdiyini ifadə edən alimlər səhər yeməyinin, qidalanma və sosial təsirlərin əhəmiyyətli rol oynadığına, gecə ac qaldıqdan sonra səhər yeməyi beyin üçün "benzin" xüsusiyyəti daşıdığına diqqəti çəkib. Yemək əsnasında valideynlərlə ünsiyyətin də beynin inkişafına təsiri, söhbətlər sayəsində uşağın söz dağarcığının, ümumi mədəniyyətinin və anlama gücünün inkişafı da xüsusi olaraq qeyd edilir.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi