2015-ci ilin ilk gecəsi üçün möhtəşəm kombinlər - Fotolar
Bizi izləyin

Tabloid.az

2015-ci ilin ilk gecəsi üçün möhtəşəm kombinlər - Fotolar

Təqdim etdiyimiz kombinlərə nəzər salmadan Yeni il gecəsi nə geyinəcəyinizə qərar verməyin!

Yeni ili müxtəlif yerlərdə qeyd etmək mümkündür. Kimi dostları ilə ziyafət gecəsinə gedəcək, kimi iş yoldaşları ilə şıq dəvətdə iştirak edəcək, kimi də 2015-ci ili evdə qarşılayacaq. Deməli nə geyinəcəyiniz də hara gedəcəyinizdən asılıdır. Odur ki, təqdim etdiyimiz kombinlərə nəzər salmadan Yeni il gecəsi nə geyinəcəyinizə qərar verməyin.

Şıq dəvətlərə gedəcəksinizsə...

davet yilbasi 2015 yeniyil kombin oneri moda ne giyilir

Yeni ili şıq dəvətdə qarşılayacaqsınızsa, zərifliyinizi vurğulayacaq seçimlər etməlisiniz. Dar libas, parıltılı hündürdaban ayaqqabılar, zərif sırğalar sizi gecənin ulduzuna çevirəcək. Şıqlığınızı libasınızın rəng çaları ilə harmoniya təşkil edən palto və ayaqqabı ilə tamamlaya bilərsiniz.

Evdə baş tutan ziyafətlər üçün...

davet yilbasi 2015 yeniyil kombin oneri moda ne giyilir

Yeni ili evdə dostlarla, qohumlarla qarşılamağın öz dadı var. Yeni ili evdə qarşılayanlar geyimdə rahatlığa önəm verməlidirlər.

Trend bir ətək, bluz və çox da hündür olmayan dizüstü çəkmələrlə olduqca şıq görünə bilərsiniz. Gözəl bir boyunbağı stilinizə rəng qata bilər. Çanta seçiminizdə isə Yeni il mövzusunu vurğulaya bilərsiniz.

Gecə klublarına gedənlər üçün...

parti yilbasi 2015 yeniyil kombin oneri moda ne giyilir

Yeni il gecəsini əyləncəli keçirmək istəyən gənclər əyləncəli ziyafətlərin təşkil olunduğu məkanlara üz tuturlar. Gecə klublarına getməyə üstünlük verənlər mini ətək və aksessuarlarla parıldaya bilərlər. Ayaqqabıda isə diqqət çəkməkdən çox, sizə gecə boyu rahat hərəkət etməyə imkan verən modelə üstünlük verməlisiniz. Dodaqlarınızı isə Yeni ilin simvolu olan qırmızı rəngə boyaya bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm