Tabloid.az
Saçlarda sim sancaq dəbi - Fotolar
2015-in saç trendləri arasında sim sancaq modelləri diqqət çəkir. Sim sancaqlar artıq təkcə saçları yığmaq məqsədilə istifadə edilmir. Fərqli saç modellərinin ön plana çıxdığı bir vaxtda sim saç sancaqları istədiyiniz düzümü yığmağa kömək edir. Xüsusən də saçlarda üçbucaq sancaq çılğınlığı başlayıb.
Sancaqlarla rənglənən saçlar
Saçlarda müxtəlif rənglərin ahəngindən ibarət gözəl mənzərə yaratmaq üçün rəngli tel sancaqlarından istifadə edin. Bu tərz sancaqları geyimin rəngi ilə uyğunlaşmağa çalışın.
Rezinlər artıq dəbdə deyil
Artıq saçlarınızı rezin ilə toplamağı unudun. Rezin yerinə sim sancaqlar istifadə edərək dağınıq saç modeli yığın. Saçlarınızı bükərək, düyünləyərək, dolayaraq sim sancaqlar ilə bağlaya və fərqli saç modelini yarada bilərsiniz.
Hörüklü saç modelləri üzərindəki təsiri
2015-ci ilin saç trendlərindən olan hörüklü saçlar rəngarəng sim sancaqlarla qovuşur. Hörüklərin arasına xoş görünən tel sancaqlar ilişdirə bilərsiniz. Hördüyünüz hər mərtəbə üçün fərqli rəngdə bir sim sancaq keçirib, saçınızı hörməyə davam edin. Hörmə əməliyyatını yana tərəf də edə bilərsiniz.
Saçlara rəngli naxışlar
Üçbucaq, kvadrat, düzbucaqlı, paralel, üfüqi və xəyal gücünüzə nə qədər fərqli naxışlar sığırsa, onu tətbiq edə bilərsiniz. Tək rəng sim sancaq istifadə edə, ya da hər birinə ayrı zolaq naxışı yaratmaq üçün rənglərdən faydalana bilərsiniz. Bu naxışları saçın istənilən tərəfində: yan, arxa, ənsə, yuxarıda və.s yığmaq olar.
Dırnaq boyası ilə rəngləyin
Hər rəngdə tel sancaqlara pul xərcləmək istəmirsinizsə, dırnaq boyası ilə boyayaraq özünüz də hazırlaya bilərsiniz. Hətta üstünə zər də səpə bilərsiniz.
Tabloid.az
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR