“Addım”çı gənclərdən prezidentə qeyri-adi video təbrik
Bizi izləyin

Tabloid.az

“Addım”çı gənclərdən prezidentə qeyri-adi video təbrik

Gənclər prezidenti təbrik etdilər

"Addım” Gənclər Təşkilatı kütləvi informasiya vasitələri və sosial mediada Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin doğum günü ilə bağlı video təbrik təqdim edib. Qısa müddətdə internet istifadəçiləri arasında geniş ajiotaj yaradan videoçarxda "Addım" üzvləri prezidentı təbrik edərək bu il ərzində beynəlxalq nailiyyətlərini bölüşüblər. Videoçarxın ən çox diqqətçəkən və yaddaqalan məqamı isə Rus Dram Teatrının aktrisası, əməkdar artist Naina İbrahimovanın əfsanəvi Hollivud ulduzu Merilin Monronun obrazında gənclərlə birgə "Happy Birthday Mr. President" mahnısını ifa etməsi olub.

Qeyd edək Merilin Monro tarixdə ilk dəfə bu musiqini 1962-ci ildə Con. F. Kennedinin ad günündə akapella olaraq ifa edib.

Layihə barədə tabloid.az-a açıqlama verən "Addım” Gənclər Təşkilatının sədri və layihənin müəllifi Hüseyn Cavadzadə bunları söyləyib:

"Cənab prezidentin səmərəli fəaliyyəti sayəsində gənclərimiz üçün sərhədsiz imkanlar yaradılıb. Bu təbrik videosuna çox səmimi yanaşaraq onunla nailiyyətlərimizi bölüşüb təşəkkürümüzü bildirmək istədik. “Addım” ailəsi olaraq prezidentimizi səmimi təbrik edir və uğurlu addımlar arzulayırıq".

Qeyd edək ki videoçarxın hazırlanmasında koordinator Aynur Salmanova, rejissor Emin Muradov, səs rejissoru Ruslan Səmədov, qrim ustası Nura Əliyeva iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm