Tabloid.az
İşvəli xanımların ən gözəl qırmızı donları - Fotolar
Qırmızı rəng enerji verir, seksualdır, diqqətçəkicidir. Qırmızı geyinmək cəsarət işidir. Buna görə də 2014-cü ilin ən cəsarətli qadınları qırmızı xalıda məhz qırmızı ziyafət libaslarına üstünlük veriblər. Tabloid.az ilin al-qırmızı ziyafət libasları ilə hər kəsi heyran edən gözəlləri seçib.
Fotolara keçməzdən əvvəl qırmızı rəngin əsas xüsusiyyətləri, həmçinin bu rəngi sevən insanlar haqqında maraqlı faktları çatdırmaq istərdim.
Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.
Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.
Bir vaxt Azərbaycanda nişanlı oğlanlar və qızlar tanınsınlar deyə qırmızı rəngli paltarlar geyərmişlər. Oğlan evindən qız üçün qırmızı rəngli don aparılarmış, qız da nişanlısı üçün qırmızı rəngli köynək toxuyub göndərərmiş. Bununla da onlar ətraflarında olanlardan seçilərmişlər. Və hamı onların nişanlı olduqlarını bilərmiş. Bundan savayı, qız gəlin köçəndə də onun başına qırmızı rəngli duvaq örtərdilər. Bu adət bəzi kəndlərdə hələ də davam edir.
Qırmızı rəng həm də Günəşin simvolu sayılır. Şər qüvvələr işıqdan, Günəşin yerdəki atributu olan oddan-ocaqdan qorxurlar. Odur ki, ər evinə yola salınan gəlin ata evində odun-ocağın çevrəsinə dolandırılır, evdən çıxarılarkən başına qırmızı rəngli duvaq salınır. Etiqada görə, şər qüvvələr Günəş nişanəsi qırmızı rəngli olanlardan qorxduğu üçün gəlinə ziyan toxundura bilməzlər.
Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşirlər. Həyat eşqi aşıb-daşır, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki riskli olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO