Tabloid.az
Mövsümə uyğun qış ətirləri
Qışda darçın, balqabaq və həzin qoxuları sınaqdan keçirməyə nə deyirsiniz?
Bu il dəyişiklik etməyə və ağıllarda qalan qoxuları sınaqdan keçirməyə çəkinməyin. Tabloid.az mövsümün ən gözəl qış parfümlarını seçib. Topladığımız qoxular arasından birini seçin və qoxunuzla hafizələrdə iz qoyun...
"Michael Kors Sexy Amber"
Qış mövsümündə şəhvətli və çəkici qoxu axtarırsınızsa, ən doğru seçim "Michael Kors Sexy Amber" ətridir. Başdan çıxaran notları ilə gecə və gündüz rahatlıqla istifadə edə bilərsiniz. Tərkibi: ənbər, sandal ağacı, yasəmən.
"Giorgio Armani Si"
Zəriflik, güc və azad ruha laqeyd qalmağa qoymayan ətirdir. "Giorgio Armani Si" yumşaq, şəhvətli və incə ətirdir. Tərkibi: qara üzüm, freyza çiçəyi, vanil.
"Dolce&Gabanna Intense"
Ehtiraslı və zərif qoxu ilə tanış olmaq üçün "Dolce&Gabanna Intense" ətrini sınaqdan keçirə bilərsiniz. Bəyaz çiçəklərin saf qoxularından hazırlanan bu ətir ehtiraslı olduğu qədər də məsumdur. Tərkibi: böyürtkən, yaşıl mandarin, neroli, portağal çiçəyi, yasəmən, hindqozu esansı, əncir, vanil, sandal ağacı, günəş çiçəyi.
"Fendi L'Acquarossa"
Fendinin son parfümu "L’Acquarossa" qırmızı su mənasını verir. Çılğın və ehtiraslı ətir axtaranların ətridir. Tərkibi: Siciliya mandarini, berqamot, portağal çiçəyi, qırmızı sədr ağacı, müşk.
"Chanel No.5"
İllərə meydan oxuyan "Chanel"in əfsanəvi qoxusu, xəfif, narın və qüsursuzdur... Tərkibi: Berqamot, limon, yasəmən, gül, zambaq, vanil, amber
"Down Town Calvin Klein"
İş qadınızsınızsa, bu ətirdən mütləq almalısınız. Qalıcı ətir olduğu üçün çox hər kəsi öz sehri altına alacaq. Tərkibi: berqamut, portağal çiçəyi, yaşıl armud, alça, bibər dənələri, sədr ağacı.
"Juicy Couture Viva La Juicy Noir"
Şirin qoxusu ilə qadının ən saf halını göz önünə gətirir. Tərkibi: Çiyələk, mandarin, yasəmən, ənbər, karamel, vanil.
"Bvlgari Omnia Crystalline"
Həzin xatirələr oyadan notlardan vaz keçə bilmirsinizsə, bu qoxudan alın. "Omnia Cyrstalline" qadınlarda fərqli çəkicilik yaradır. Tərkibi: Bambuk, armud, çin darçını, çay.
"Yves Rocher Comme une Evidence Intense"
"Yves Rocher Comme une Evidence Intense"-nin çox şəhvətli qoxusu var. Tərkibi: yasəmən, bal və hind yasəməni.
"Katy Perry Killer Queen"
Güclü, iradəli və çəkici qadınların qoxusudur. Tərkibi: Alça, berqamet, tut
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...