Məşhur cütlük boşanmağa qərar verib - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur cütlük boşanmağa qərar verib - Fotolar

Məşhur cütlük boşanmağa qərar verib

Məhəbbətləri mediada hər zaman örnək göstərilən türkiyəli model Çağla Şıkel və müğənni Əmrə Altuğ cütlüyü boşanmağa qərar veriblər. Yazılı açıqlama verən cütlük ayrılıqlarının səbəbinin üçüncü şəxs olmadığını bildiriblər.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümunəvi cütlük kimi göstərilən və hər müsahibədə bir-birinə olan məhəbbətlərini vurğulayan Çağla Şıkel və Əmrə Altuğ cütlüyü boşanırlar. 2008-ci ildə evlənən Şıkel və Altuğ cütlüyünün dünən Beyaz TV-də yayımlanan "Deməsəm, olmaz” proqramında boşanacaqlarına dair bir iddia ortaya atılıb.

Yeni ili də ayrı keçirdikləri söylənən cütlük yazılı açıqlama verərək boşanma iddialarını təsdiqləyiblər. Şıkel və Altuğ birgə verdikləri yazılı açıqlamada "Təəssüflə qeyd edirik ki, 7 illik evliliyimizə son veririk. Biz böyük məhəbbətlə və sözlərlə ifadə olunmaz sevgi ilə ailə qurmuşuq. Ancaq ayrılığa razılaşaraq qərar vermişik. Bundan sonrakı həyatımızda da hər zaman bir-birimizin yanında olacaq, dəstək verəcəyik və görüşməyə davam edəcəyik. Birlikdə keçirdiyimiz dəyərli illər üçün bir-birimizə minnətdarıq. Bu ayrılıqda hər hansı bir üçüncü şəxsin əlaqəsi yoxdur”.

Keçən ay da ayrılacaqları iddiaları ortaya atılan Şikel və Altuğ cütlüyü bu xəbərləri təkzib etmişdi. Çütlüyün Şimal və (6 yaş) Kosmos (3.5 yaş) adında iki oğlu var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm