Kişilər ən çox nədən qorxur? - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilər ən çox nədən qorxur? - Fotolar

Kişilərin ən zəif nöqtələri

Kişilər nə qədər güclü görünməyə çalışsalar da, onların da bir çox zəif cəhətləri, hətta qorxuları var. Belə ki, kişiləri stressə salan, onların qorxulu yuxusuna çevrilən fikirlər var. Tabloid.az kişiləri stressə salan 6 əsas səbəbi təqdim edir:

Maddi ehtiyaclarını ödəyə bilməmək: Kişilər nə qədər çox pul qazanmalarından asılı olmayaraq, hər zaman kasıblama ehtimalını düşünür. Odur ki, həyatınızdakı kişini bu qorxusundan xilas etmək üçün onu maddi çətinlikləri birlikdə dəf edə biləcəyinizə inandırın.

Bacarmamaq qorxusu: Kişilər daha çox iş görmək və həmişə də ən yaxşısını etmək istəyirlər. Ona görə də, həyatda bacarmadıqları işlər onları stressə salır. Belə vəziyyətdə kişiyə motivasiya edici sözlər deyin.

İşini İtirmək Qorxusu: Kişinin işini itirmə qorxusu da onu stressə sala bilər. Əgər belə bir ehtimal varsa, mütləq onun yanında olduğunuzu hiss etdirin.

Qocalmaq: Qadınlar kimi kişilər də qocalmaqdan çox qorxurlar. Qocalıqda bəzi şeyləri itirəcəklərini düşünürlər. İtirəbiləcəkləri siyahısında siz də varsınız. Ona görə də qocalıq qorxusu yaşayan kişiyə onu hər halı ilə sevdiyinizi və bəyəndiyinizi hiss etdirin. Unutmayın ki, siz onunla birlikdə qocalırsınız.

Xəstələnmək və ölmək qorxusu: Çox bəsit görünsə də, bu qorxu kişiləri hər zaman narahat edir. “Xəstələnsəm, yatağa məhkum qalsam, ölsəm nə olar?” kimi məsələləri tez-tez düşünür. Onların belə fikirləşməsinin əsas səbəbi isə özlərindən çox ailələridir. Ona görə də, ərinizi birgə uzun bir ömür yaşayacağınıza inandırın, sağlamlığı üçün əlinizdən gələni edin.

Sevilməmək qorxusu: Bir kişini sevilmədiyinə inanmaq yıxar. Əmin olun ki, kişinin həyat yoldaşının, ya da uşaqlarının onun sevmədiyinə inanması, onun sonu ola bilər. Çalışın ki, ərinizə sevginizi hiss etdirəsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm