Tabloid.az
Tünzalə Ağayeva bu dəfə “Get” dedi - Fotolar
Əməkdar artist Tünzalə Ağayeva yeni klipini sevənlərinin ixtiyarına buraxıb. Tabloid.az xəbər verir ki, müğənni bu gün “Get” adlı mahnısına çəkilən klipini media nümayəndələrinə təqdim edib. Mahnının sözləri Rəşad Məcidə, musiqisi Tünzalə Ağayevaya məxsusdur. Klipin rejissoru isə Fərhad Əlidir.
Tünzalə Ağayeva bəstəsinin beş il ərzində yazıldığını bildirib: “Beş il bundan öncə Rəşad Məcid mənə şeirlərindən ibarət kitab hədiyyə etdi. Kitabda daha çox “Get” şeirini bəyəndim. Bu gün sevinirəm ki, şeirə bəstələnmiş mahnımı və klipini sizlərə təqdim edirəm. Rəşad Məcid çox duyğulu bir şeir yazıb və bu duyğulardan ilhamlanıb mahnı yazmışam. Soyuq qış günündə ifa olunsa da, inanıram ki, bu mahnım ürəklərinizə bir istilik gətirəcək”.
Rəşad Məcid mahnı və klipin onun yazdığı sözlərlə həmahəng olduğunu bildirib: “Tünzalə xanımla tanışlığımızdan öncə də mən onun yaradıcılığını diqqətlə izləyirdim. Tünzalə xanımda çox gözəl şeir seçmək zövqü var. O xanım hər zaman klassiklərin şeirlərinə mahnılar bəstələyib. Bu gün mahnını eşidəndə sanki real aləmdən ayrılıb göylərə yüksələ bildik. Tünzalə xanım mənim ürəyimdən keçirdiyim duyğuları bu mahnı vasitəsi ilə reallaşdıra bilib”.
Qeyd edək ki, həzin mahnıya çəkilən klip sadə süjet xəttinə malikdir.
Foto:Elçin Murad
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO