Tabloid.az
Modern ev dekorasiyasında yeni trend - Fotolar
Son günlər ev dizaynında yeni dəb cərəyanı tüğyan edir. Evlərə hələ ötən əsrdən sızan həndəsi fiqur dəb axını şəhər və müasir dekorasiyanın əvəzolunmazıdır. Bəs bu dinamik trendi evlərimizdə tətbiq etmək üçün nələr tələb olunur?
Evinizin divarlarını həndəsi naxışlarla boyayaraq yeni trendə bu cür ayaq uydura bilərsiniz. Doğru tonlarda boyanmış fərqli ölçülərdəki üçbucaq naxışlar hazırda ən çox bəyənilənlər arasındadır. Boyama mövzusunda narahat olanlara həndəsi divar kağızlarına göz gəzdirməyi tövsiyə edirik.
Həndəsi naxışlı xalça və yastıqlar da bu mövzuda köməyiniz ola bilər. Evinizdə ciddi deyil, yüngülvari dəyişiklik etmək istəyirsinizsə, xalçalar və yastıqlar sizin xilaskarınız olacaq. Ağ-qara rənglər başda olmaqla bir çox variantlar təklif olunur.
Pərdələri sonuncu dəfə nə zaman yeniləmisiniz? Onları dəyişdirmək zamanı gəlib çatmadımı?
Həndəsi naxışlı pərdəylə evinizə çox müasir və dinamik hava qata bilərsiniz. Həndəsi naxışları daha effektli göstərmək üçün eyni naxışlı aksessuarlarla vurğulamaq mümkündür. Bu zaman nəticə daha təsirli alınacaq.
Bəs aksessuar məsələsində nələrə diqqət etməliyik?
Həndəsi ev aksessuarları bəlkə də bu cərəyanın ən sevdiyim detallarındandır. Həndəsi çilçıraqlar, çərçivələr evin bəsit dekorasiyasını dəyişdirmək gücünə sahibdir. Xüsusilə həndəsi kəsimli aynalar qonaq otağına çox gözəl yaraşır.
Müasir və minimalist mənzərə yaratmaq üçün həndəsi panellər və rəflərdən yardım ala bilrisiniz. Müxtəlif həndəsi formaları birlikdə, amma az rəng istifadə edərək ofisdə də maraqlı dekor yaratmaq olar. Həndəsi dekorasiyanın təsir gücünü artırmaq üçün kitab şkaflarının rolu böyükdür. Üçbucaq və altıbucaqlı formalardakı rəflər evdə hər kəsin diqqətini çəkən bir detala çevriləcək.
Tabloid.az
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO