Tabloid.az
Bu tərəvəz yorğunluğu aradan qaldırır
Bu dəfə haqqında məlumat verəcəyimiz tərəvəzin hamı tərəfindən bəyənildiyini deyə bilmərik. Ancaq onun orqanizmə faydaları o qədər çoxdur ki, onu başqa heç bir tərəvəz və meyvə ilə müqayisə etmək mümkün deyil. Söhbət bamyadan gedir. Biz bu tərəvəzi yeməklərimizdə istifadə etməsək də, bir çox ölkənin, o cümlədən, qonşu Türkiyənin mətbəxində önəmli yer tutur.
Bamyanın tərkibindəki polifenol maddələr insan sağlamlığı baxımından çox əhəmiyyətlidir.
Polifenol ən təsirli antioksidantlardan hesab olunur. Antioksidant yalnız xərçəngin deyil, alzeymer, ürək damar xəstəliklərinin də ən böyük düşmənidir. Demək olr ki, bütün xroniki xəstəliklərdən xilas olmaq üçün antioksidantlarla zəngin qidalar yemək laızmdır.
Bamyanın tərkibindəki digər bir faydalı maddə isə müsilajdır. Bu
maddə insanın xərçəng xəstəliyinə yaxalanma riskini azaldır.
Xüsusilə də, mədə, bağırsaq, boğaz və ağız boşluğu xərçənginə qarşı
təsirlidir.
Bamya liflə zəngin olduğundan bağırsaqları xəstəliklərdən qoruyur.
Probiyotik xüsusiyyətə sahib olduğu üçün bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır.
Bamya xolesterin problemindən azad olmaq üçün də ideal qidadır. Bamyanın tərkibindəki faydalı maddələr xolesterinin bədəndən atılmasını təmin edir.
Minerallar baxımından da zəngin bamya halsızlığa qarşı çox təsirlidir. Xüsusilə, gün ərzində çox işlədiyiniz, özünüzü yorğun hiss etdiyiniz zaman bamya ilə hazırlanan xörək yeyərək, enerjinizi bərpa edə bilərsiniz.
Bamyadan pəhriz saxlayanlar da istifadə edə bilər. Çünki yüksək lifli olması insana toxluq hissi verir.
Qeyd edək ki, C vitamini baxımından da zəngin olan bamyada qış aylarında bol-bol istifadə etmək lazımdır.
Tabloid.az
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur