Tabloid.az
Polad Bülbüloğlunun yubileyindən fotolar
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun 70 illiyinə həsr olunan yubiley konserti keçirilib.
Konsertdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir xalq artisti Cavanşir Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Simfonik Orkestrinin müşayiəti və Polad Bülbüloğlunun məşhur “Dolalay" mahnısının ifasıyla başlayıb. Səbəbkar mahnını həm Azərbaycan, həm də rus dilində oxuyub.
Daha sonra görkəmli sənətkar Heydər Əliyev adına Sarayda çıxışlarını xatırladıb. Həmçinin qeyd edib ki, onun bu sarayda verdiyi bir neçə konsertdə ümummilli lider Heydər Əliyev də iştirak edib:
“İndi də zalın ilk sıralarına baxanda düşünürəm ki, o, burada oturub. Onun yeri görünür”
Bu gün prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni aldığını vurğulayan səbəbkar, ardınca digər məşhur mahnılarını oxuyub.
Konsertdə İosif Kobzon, Jurabek Murodov, Lev Leşenko, Larisa Dolina, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, müğənnilərdən Alsu, Dmitri Malikov və digər qonaqlar iştirak ediblər.
Fotoqraf Rəşad Abbasov
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?