Tabloid.az
Merlin Monro şikəst olub
Merilin Monronun şikəst doğulması və bunu hamıdan məharətlə gizlətmə bacarığının üzə çıxması hər kəsi şoka salıb.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşında narkotik həblərin qəbulundan dünyasını dəyişən əfsanəvi Hollivud ulduzu Merilin Monronun daha bir sirri açılıb. Hətta ölümündən sonra müasir kino ulduzları arasında gözəllik və estetika baxımından birinci hesab edilən seks-simvol dünyaya göz açarkən şikəst doğulub. Sol ayağı sağ ayağından 11 sm qısa olan Merilin böyüdükcə şikəstliyinin bu əlamətini məharətlə gizlətməyi bacarıb. Onun asta, yırğanalaraq yeriməsi bütün kişilərin ağlını başdan çıxarıb. Daha çox isə ona biganə qala bilməyən kino mütəxəssisləri olub.
Kiçik qonorar müqabilində jurnalların üz qabığında çılpaq çəkilən Merilini Hollivud rejissorları öz filmlərində baş rola dəvət ediblər. Nəticədə qısa müddətə populyarlaşan xanım dünya səviyyəsində tanınan ulduza çevrilib. Merilin Monronun ölümündən sonra xadiməsi Luiza Çarlesin ulduz haqqında xatirələr əsasında yazdığı kitabın çapına qadağa qoyulub. Səbəb isə milyonlarla gəlir gətirən ulduzun sevimlilər tərəfindən gözdən düşmə təhlükəsi olub. Kino ekspertlərinin rəyinə əsasən, Merilin Monro yaddaşlarda əfsanə olaraq yaşamalı idi.
Yalnız bu yaxınlarda Luiza Çarlesin qızı Anastasyanın anasının ona danışdıqları əsasında yazdığı “Merilin və onun ikili həyatı” romanı bütün sirlərin üstünü açıb. Kitabda ön söz elə Merilin Monronun öz sözləri ilə başlayır: “Mən heç də cazibədar deyiləm, sadəcə ağıllıyam”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR