“Soyunmadan da seksual görünmək olar” – Fotolar
Bizi izləyin

Tabloid.az

“Soyunmadan da seksual görünmək olar” – Fotolar

"Məni gözəl, seksual bir aktrisa olaraq qəbul etməlidir"

“Miss Turkey 2014”-ün qalibi Amine Gülşə "İlin ən seksual qadını" elan edildikdən sonra populyarlığı daha da artdı. Gözəl model artıq özünü aktrisa kimi də sınamağa başlayıb. 21 yaşlı Amine hazırda “Əsla vaz keçmərəm” (“Asla vazgeçmem”) adlı serialla gündəmdədir.

Dünyanın ən seksual qadınlarından olan İrina Şeyklə, Adriana Limaya bənzədilən gənc model "Səs" jurnalına verdiyi müsahibədə yeni işindən, doğulub-böyüdüyü İsveçdən və Türkiyə ilə bağlı təəssüratlarından, həmçinin gözəlliklə bağlı düşüncələrindən danışıb.

tabloid.az

Amine Gülşənin müsahibəsini tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində təqdim edirik:

- Sənin uğur hekayən lap nağılları xatırladır.

- Bir az elədir. Türkiyəyə tətil məqsədilə gəlmişdim. Şəkil çəkmək hobbimdir. Küçələrdə gəzib hər yerin fotosunu çəkirdim. Bir gün anamla evdə oturarkən televiziyada “Miss Turkey” müsabiqəsinin elanını gördüm. Öz aramızda söhbət etdik. Mən dedim ki, gərək vaxtında müraciət edərdim, artıq gecikmişəm. Amma anam mənə elə baxdı ki, o baxışların təsirilə bir anda özümü yarışmanın anketini doldurarkən tapdım.

- Bu qədər uğurlu olacağını xəyal edirdin?

- Xeyr, hər şeyin bu qədər tez olacağını xəyal etməmişdim. Həyatım bir anda dəyişdi. Hazırkı vəziyyətimdən çox məmnunam.

- Gözəlliyinin sirri nədədir?

-Genetika ilə bağlıdır. Bizim sülalədə hamı çox gözəldir. Valideynlərimin boyları uzun, gözləri yaşıldır.

- Atanız kərküklü, ananız isə izmirlidir. Harada, necə tanış olublar?

- Atam atlet olub. Məşq etdiyi məkanda anam idmanla məşğul olurmuş. Orada tanış olublar. Daha sonra eyni məhəllədə yaşadıqlarını öyrəniblər.

Bir müddət görüşüblər və bir-birlərinə aşiq olduqlarını anlayıblar.

- Yaxşı, bəs niyə İsveçə gediblər?

- Evləndikdən sonra atam İsveçdə işləməli olub. Böyük qardaşım və mən orada dünyaya gəlmişik. Uşaqlığım çox gözəl keçib, istədiyim hər şeyə sahib olmuşam.

- Özünü isveçli, yoxsa türkiyəli kimi təqdim edirsən?

- İsveçdə doğulmuşam, oranın mədəniyyətilə böyümüşəm. İsveçi çox sevirəm. Amma ailəm türk olduğumu həmişə mənə hiss etdirib. Böyük qardaşımla türkcə kurslara getmişik. Tez-tez Türkiyəyə gəlmişik. Buna görə özümü Türkiyəyə aid hiss edirəm.

- Türkiyə və İsveçin sənin üçün fərqi nədədir?

- Buralar mənim üçün daha şəndir. İsveç isə soyuq, qaranlıq və depresiv bir ölkədir. Ancaq İsveçdə nizam- intizam var. Məsələn, orada görüşə bir dəqiqə belə gecikə bilməzsən. Burada isə görüş saat 07:00-a təyin olunur, gedib görürəm ki, heç kim gəlməyib. Mənim üçün belə şeylərə öyrəşmək bir az çətindir. Ancaq buradakı insanlar daha istiqanlıdırlar. İsveçdə yolda gedəndə heç kim sənə baxmaz, burada isə baxmaqdan çəkinmirlər. Əvvəllər bu, xoşuma gəlmirdi, indi öyrəşmişəm.

- Aktrisa olmağı uşaqlıqdan bəri arzulayırdın?

- Yox, eynilə gözəlik yarışmasında iştirak etməyi planlaşdırmadığm kimi, aktrisalığı da arzulamırdım. Bir anda oldu.

- Aktrisa olmağında gözəlliyinin rolu var?

- Əsəbiləşərkən və ya qışqırarkən nə qədər gözəl görünə bilərsən ki? Aktyorluq sənəti tam fərqli bir şeydir. Gözəllik burada cüzi rol oynaya bilər.

- Təhsilli aktrisaların sənin kimi modellərin bu sənətə gəlməsinə sərt reaksiya göstərmələrinə necə baxırsan?

- Onlara hörmət edirəm və anlayıram. Amma təhsillə yanaşı, təcrübə də lazımdır. Təcrübə üçün isə işləmək tələb olunur. Mən bu sahədə işləyərək özümü inkişaf etdirə biləcəyimə inanıram. Boş oturmuram, kurslara gedirəm.

- Bir il əvvəl müsahibə verəndə sevgilin olmadığını demişdin. İndi vəziyyət necədir?

- Hələ də həyatımda heç kim yoxdur.

- Problem səndədir, yoxsa kişilərdə?

- Bu aralar çox işləməli oluram. Sevgiliyə ayıracaq vaxtım yoxdur.

- Bəs birdən Türkiyənin ən yaraşıqlı və ən seksual adamı sənə eşq elan etsə?

- Heç nə dəyişməz. Xarici görkəm mənim üçün əhəmiyyətli deyil. Mənə hörmət etməsi və xoşbəxt etməyə çalışması daha önəmlidir. Bir də qısqanclıqdan heç xoşum gəlmir. Məni gözəl, seksual bir aktrisa olaraq qəbul etməlidir.

- İlk dəfə neçə yaşında aşiq olmusan?

-17 yaşımda. Bilirəm bir az gec olub. Bunun səbəbi İsveçdə həyatımın çox planlı olması ilə əlaqədardır. Orada bütün günü məktəb və ya evdə olardım.

- Bəziləri düşünürlər ki, yalnız gözəl olduğunuz üçün baş rola çəkilirsiniz…

- Bəziləri deyirlər ki, “bu iş üzrə təhsil alaraq, karyera qurmağa çalışan insanlar var. Sən isə bir gözəllik yarışmasının qalibi olursan və baş rolda oynamağa başlayırsan. Bu, haqsızlıqdır”. Amma mən təklif gələn kimi, pul xatirinə qəbul etməmişəm. Ən yaxşı müəllimlərlə işləmişəm, gecə-gündüz bu işin öhdəsindən gəlmək üçün çalışıram. Rolumu daha təbii canlandırmaq üçün tər tökürəm. Gecələr sabahdək necə oynayacağımı xəyal edib səhnələri tək-tək gözümdə canlandırıram.

- Ötən ilin "Ən seksual qadını" seçilmişdin. Seksuallıq sənin üçün nə ifadə edir?

- Seksuallıq nisbi bir anlayışdır. Mənə görə seksual olan biri başqasına seksual görünməyə bilər. Bir baxış və ya hərəkət də insana seksuallıq bəxş edə bilər. Cazibədar görünmək üçün mütləq soyunmaq vacib deyil. Soyunmadan da seksual görünmək olar.

- Sən özünü seksual hiss edirsən?

- Mən gözəl olduğumu düşünürəm. Bu mövzuda özümə çox güvənirəm. Amma seksualam deyə bilmərəm. Gözəl və seksual sözlərini o qədər eşitmişəm ki, artıq bu sözlər mənə xoş təsir bağışlamır. Çünki hər ikisi vizuallıqla, xarici görkəmimlə bağlıdır. Halbuki, gözəllik hər şeyi həll etmir. Əgər insanın içi boşdursa, onun nə qədər gözəl və ya yaraşıqlı olması heç bir əhəmiyyət kəsb etməz.

- Səncə gözəllik insanın həyatını asanlaşdırır, yoxsa, çətinləşdirir?

-Yarı-yarıya. Elə məqamlar olur ki, gözəl olmaq işlərini çətinləşdirir. Məsələn, bundan 4-5 il öncə özümə rəfiqə tapa bilmirdim. Çünki ətrafımdakı bütün qızlar məni qısqanırdılar. Bir də insanı tanımadan qabaqcadan rəy bildirənlər var. Məsələn, deyirər ki, “gözəldir, deməli ağlı topuğundadır”. Halbuki, bu fikir hamıya aid ola bilməz. Düzdür mənim aktrisa təhsilim yoxdur. Ancaq hər şeyi oxumaqla öyrənmək olmaz, bəzən də yaşayaraq öyrənmək lazım gəlir. Mən də bunu edirəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm