Tabloid.az
Rus qadınlarının gözəllik sirləri
Soyuq bir ölkə olan Rusiyada qadınlar dərilərini mütəmadi olaraq nəmləndirməlidirlər. Buna görə də dərilərinə başqa qadınlardan daha çox diqqət göstərirlər. Nə qədər qəribə səslənsə də, rusiyalı qadınlar gözəlliklərini sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul yer alır.
Tabloid.az gözəllikləri dünyanın hər yerinə səs salan rus qadınlarının gözəllik sirlərini araşdırıb.
Gözəllik maskası:
Badam yağı - 1 xörək qaşığı
Gül yağı - 1 xörək qaşığı
Bu iki yağı qarışdırın. Maskanı tətbiq etmədən öncə dərinizi dəmlənmiş yaşıl çay ilə təmizləyin. Qarışımı təmiz dəriyə masaj edərək çəkin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü yuyun.
Həftədə 1 dəfə tətbiq etsəniz, dəri hüceyrələriniz yenilənəcək.
Sızanaqlara qarşı sarımsaq yağı
Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə mütəmadi olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqlaırn meydana gəlməsinə əngəl olur.
Nəmləndirici maska
Təzə limon suyu - 5 damcı
Bal - 1 çay qaşığı
Balla limonu qarışdırın və təmiz dəriyə çəkin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bu maska dərini nəmləndirir və daha sağlam edir. Həftədə 2 dəfə çəkə bilərsiniz.
Müalicə effektli maska
Kartof - 1 ədəd
Limon - 3-4 damcı
Çiy kartofu dilimləyin və üzərinə limon sıxın. Bu limonlu kartof dilimini 10 dəqiqə dərinizdə gəzdirin və daha sonra üzünüzü yuyun.
Həftədə 1 dəfə bu prosesi təkrarlayın.
Tabloid.az
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"