Tabloid.az
Özcan Dəniz sevgisi, romantizmi və dramı ilə Bakıdadır
Bu gün tanınmış türkiyəli müğənni və aktyor Özcan Dəniz yeni çəkdiyi “Sevimli, təhlükəli” filminin qala gecəsi üçün Bakıya gəlib. Nizami Kino Mərkəzində keçirilən Qala gecədə filmin ssenari müəllifi və rejissoru Özcan Dənizlə yanaşı baş qəhrəmanları canlandıran aktyorlar Şükrü Özyıldız, Ayça Ayşin Turan iştirak edib.
Mərkəzin ikinci mərtəbəsində qoyulan filmin posterinin yanında jurnalistlərin suallarını cavablandıran sənətçi filmi barədə bunları deyib: “Film duyğu deməkdir. Çalışıram ki, bütün filmlərimdə tamaçılarımla bu duyğu vasitəsi ilə ünsiyyətə girim. Bu mənada sizə təqdim edəcəyim bu film də duyğulu və təsirli ekran işidir. Burada tamaşaçılar sevgi, romantizm və dram elementlərini görə biləcəklər. İnanıram ki, film azərbaycanlı tamaşaçıların da marağına səbəb olacaq”.
O həmçinin filmində rol alan aktyorlar barədə danışıb: “Filmimdə
Türkiyədən son zamanlar çox məşhur olan aktyor və aktrisalar rol
alıb. Baş qəhrəmanı “Karagül” serialında mənim qızımı canlandıran
aktrisa Ayça Ayşin Turan, onun tərəf-müqabilini isə hazırda “Şərəf
məsələsi” serialında rol alan Şükrü Özyıldız canlandırır. Onlarla
işləmək mənim üçün çox xoş idi. İnanıram ki, filmdəki səmimiyyəti
siz də hiss edəcəksiniz”.
Daha sonra Özcan Dəniz və yaradıcı heyət kino zalına daxil olub,
“Sevimli, təhlükəli”ni tamaşaçılarla bərabər
izləyib.
Qeyd edək ki, romantik komediya janrında çəkilən filmdə baş
qəhrəman Ədirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən
çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan
əzabından az da olsa qurtulmaq üçün Zarok qızı yenidən əsl ailəsinə
qaytarmaq qərarına gəlir. Bir sözlə, bu yolda onun eşq dolu
macəraları tamaşaçıların gözü önündə canlanır.
Qeyd edək ki, tabloid.az-ın fotoqrafının tədbirdən və mətbuat konfransından çəkdiyi fotoları bir azdan sayta yerləşdirəcəyik.
Fotoqraf Rəşad Abbasov
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR