“Böyüməyən uşaqlar” adlı filmin təqdimatı olub
Bizi izləyin

Tabloid.az

“Böyüməyən uşaqlar” adlı filmin təqdimatı olub

Filmi Media İşçi qrupu hazırlayıb

Xocalıda gerçəkləşdirilən soyqırımı aktından 23 il keçir. Bununla əlaqədar ölkə daxilində və xaricdə soyqırımının tanıdılması ilə bağlı bir sıra tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində daha bir layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupu hazırlayıb. Tabloid.az xəbər verir ki, həmin layihə çərçivəsində hər iki valideynindən məhrum olmuş 25 nəfər gəncin işğal gecəsi ilə bağlı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar" adlı filmin təqdimatı olub.

İşçi qrupunun rəhbəri Elşad Eyvazlıdır. Filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri, fəlsəfə doktoru Cavanşir Feyziyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm