Tabloid.az
Ancelina Colinin həyatının ən ağır işi - FOTO
Məşhur aktrisa Ancelina Coli rejissoru olduğu "Unbroken" filminin həyatının ən ağır işi olduğunu deyib.
Məşhur amerikalı idmançı Luis Zamperininin dramatik həyatından bəhs edən film üçün həddən ziyadə maneələr dəf etmək məcburiyyətində qaldığını deyən A.Coli NBC telekanalında Tom Brokaunun şousunda deyib: "Əsas məsələ filmdə Luis kimi möhtəşəm insanı dürüst təqdim etməkdi. Çünki onu çox sevirəm. Çünki o, mənə çox yardım edib. Həyatınızda bəzən çox məqamlar ümidsiz görünə bilər. Bədbinliyə qapıla bilərsiniz. Amma əslində ruhumuz fövqəladə dərəcədə güclü, dayanıqlıdır".
Luis Zamperini 1936-cı il Berlində keçirilmiş Yay Olimpiya
Oyunlarında ABŞ yığmasının heyətində idi. O, medal qazana bilməsə
də, möhtəşəm mübarizə aparmışdı. Hətta Adolf Hitler belə, onunla
görüşmək istəmişdi.
4 il sonra Tokioda yeni Olimpiya Oyunları keçirilməliydi. Fəqət,
2-ci Dünya Müharibəsi Olimpiadanı təxirə saldı.
L.Zamperini müharibəyə könüllü yollandı, Sakit Okeanda gəmi
qəzasına düşdü. 3 əsgər yoldaşı ilə 47 gün kiçik qayıqda qalmış
L.Zamperinini yaponların hərbi gəmisi gördü və məşhur idmançı əsir
düşdü.
O, əsirlikdə çox ağır işgəncələrə məruz qalmışdı./milli.az
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO