Tabloid.az
Röyanın Kreml konsertində fantastik qiymətlər
Röya Ayxanın bu il aprelin 18-də Moskvada Kreml Sarayında keçirilməsi nəzərdə tutulan konsertinə bilet fantastik qiymətədir.
“Axar.az”a Moskvadakı soydaşlarımızın verdiyi məlumata görə, yerindən asılı olaraq konsertə biletlərin qiyməti 120 dollardan 270 dollara qədər dəyişir. Konsertə ən ucuz bilet isə sarayın balkonundakı yerlərdir. Burda biletin qiyməti 70 dollardır. Konsertə maraq o qədər böyükdür ki, hazırda sözün həqiqi mənasında bilet ajiotajı yaşanır.
Soydaşımızın dediyinə görə, Kreml Sarayında sonuncu dəfə hansı azərbaycanlının solo konsert verdiyini heç saray rəhbərləri belə xatırlamır. Düzdür, “bizimkilər tez-tez Kreml Sarayında konsert verəcəm”, - deyə anons edirlər. Amma bu həmin saray deyil. Onların konsert verdiyi saray yox, Kreml adlı mədəniyyət evidir. Sadəcə, eyni adlı olduğundan, çox adam bunu qarışdırır. Qeyd edək ki, Kreml Sarayının 6 min tamaşaçı tutduğu bildirilir və buranın bir günlük icarəsi 100 min dollara yaxındır.
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR