Tabloid.az
Azərbaycanda interaktiv nağıllar hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyasının reallaşdırdığı “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsi başa çatıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından
AzərTAc-a bildirib ki, layihə çərçivəsində azyaşlıların və
yeniyetmələrin maariflənməsinə və zehni inkişafına yönəlmiş “Qızıl
ilan” və “Təlimli pişik” interaktiv nağılları hazırlanıb.
Nağılların planşet kompyuter və smartfonlar da daxil olmaqla ən
müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür. Nağılları
izləyən uşaqların özlərini orada baş verən proseslərin iştirakçısı
kimi hiss etmələri, istədikləri əşyalara toxunmaları və ekranda baş
verənlərə birbaşa müdaxilə edə bilmələri isə layihənin əhəmiyyətini
daha da artırır.
Nağılları səssiz izləmək də mümkündür. Uşaqlar interaktiv cizgi
filminin səsini tam almaqla subtitrlərin köməyi ilə nağılları
özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq,
təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq
qabiliyyətlərinin inkişafı üçün olduqca vacibdir. Ən əsası ilə
uşaqlar kiçik yaşlarından başlayaraq müasir
informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi
öyrənəcəklər.
İnteraktiv nağılları yükləmək üçün Play Marketin köməyi ilə
https://play.google.com linkinə daxil olub nağılın adını və yaxud
istehsalçının adını axtarışa vermək lazımdır.
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO