Təhlil
Paşinyanın qaz dərdi: Ermənilərə işıq ucu görünmür
Rusiya qazın 1000 kubmetrini ən ucuz qiymətə Ermənistana satır: Topdan satış qiymət 150 dollar. Ancaq xalqın əlinə çatanda, regionda ən baha qaz olur -286 dollar.
Bu məsələ Ermənistanın baş naziri Nikol Paşiniyanla Rusiya prezidenti Vladimir Putin arasında, sentyabrın 8-də danışılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiyanın Enerji Yönətimi Araşdırmalar Mərkəzi Britaniyanın “NGW” jurnalının eksperti Dalğa Xatınoğlunun yazdığı analitik məqaləni yayıb.
Məqalədə deyilir ki, Ermənistanın qazpaylayıcı şəbəkəsi tamamilə Rusiyanın “Qazprom” şirkətinin əlindədir, hansı ki, Ermənistana qazı da həmin şirkət satır.
Ancaq eyni durum, qonşusu Gürcüstanda da var. Baxmayaraq ki, Gürcüstanın qazpaylayıcı şəbəkəsi Azərbaycanın neft şirkəti SOCAR-ın əlindədir, ancaq əhali müxtəlif regionlarda, qazın 1000 kubmetrinə ən azı 180, ən çoxu 220 dollar ödəyir.
Paşiniyan bildirib ki, Rusiya noyabr ayında qazın qiymətinə yenidən baxacaq. Bundan öncə də baş nazir qazpaylayıcı şəbəkəni nəzarətə götürən “Qazprom Armenia” şirkətini korrupsiya və səmərəsiz fəaliyyətdə ittiham etmişdi. Ancaq erməni xalqının ucuz qaza qovuşma şansı çox azdır.
Müəllif yazır ki, Rusiya son illərdə iki dəfə qazın qiymətində endirim etməklə, Ermənistan sərhədlərinə kimi qiyməti 150 dollara salıb. Qaz nəqli üçün Gürcüstana tranzit haqqı verir, özü də nağd vəsait.
Digər tərəfdən, Ermənistan Gürcüstandan fərqli olaraq, tranzit ölkə deyil, dalandır. Yəni Rusiya oradan qazını başqa ölkəyə daşıyıb, sata bilməz.
Azərbaycan isə bu il Gürcüstandan 7 milyard kubmetr həcmində qazını Türkiyəyə daşıyacaq və buna görə, qonşu ölkəyə 350 milyon kubmetrə qədər tranzit haqqı olaraq, qaz bağışlayacaq.
Gürcüstan, əlavə olaraq, 1,5 milyard kubmetrə qədər Azərbaycandan kommersiya qazı alcaq.
Ermənistan ildə 2.5 milyard kubmetr Rusiyadan qaz alır. Əlavə olaraq, İrandan isə 350 milyon kubmetr qaz alıb, yerinə elektrik təhvil verir: Hər kubmetr qaza 3 kilovat-saat (kWh) ışıq.
Ermənistanın başqa qonşusu İranda isə əhaliyə verilən qazın ən az qiyməti 8 dollar və ən çox qiymət 92 dollardır. Hər halda, İranda milli valyutanın dəyəri son bir ildə 4 dəfə azalaraq, bir dollara qarşı 14 min tümənə düşüb və qazın belə ucuz olması təəccüblü deyil. Ancaq İran qazını Azərbaycan və Rusiyadan da baha qiymətə ixrac edir, çünki onun qaz yataqları ölkənin cənubunda yerləşir və daşıma xərci yüksəkdir.
Rusiyanın özündə, əhaliyə verilən ən ucuz qaz 36 və ən baha qaz 129 dollardır. Azərbaycanda isə bu rəqəm 58-118 dollar təşkil edir.
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir








.jpg)





.jpg)
























