“Brent” markalı neft kəskin bahalaşdı
Bizi izləyin

Təhlil

“Brent” markalı neft kəskin bahalaşdı

“Brent” markalı neft kəskin bahalaşdı

“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyasının bağlanış göstəricisi ilə müqayisədə 2,53 faiz artaraq bir barel üçün 113,6 dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 05:50-yə olan ticarət məlumatlarında deyilir.

Eyni zamanda, “WTI” markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,88 faiz artaraq bir barel üçün 104,94 dollar olub.

Oktyabrın 16-da dekabrda çatdırılmaq şərti ilə “Brent” markalı neftin fyuçerslərinin qiyməti 2026-cı il mayın 20-dən bəri ilk dəfə bir barel üçün 110 dollara çatıb.

Oktyabrın 5-də “Bloomberg” agentliyi bazarın Yaxın Şərqdə müharibənin yenidən başlaması ehtimalından, ehtiyatların tükənməsindən və dizel yanacağının çatışmazlığından narahat olması səbəbindən “Brent” markalı neftin bir barelinin qiymətinin 100 dolları ötdüyünü bildirmişdi.

“Guotai Junan Futures” şirkətinin neft üzrə baş analitiki Süyü Çjaonun sözlərinə görə, əsas problem tədarük həcminin artması fonunda vəziyyətin tam normallaşacağına dair zəmanətin olmamasıdır. Ekspert qeyd edib ki, bazar xammalın son təyinat məntəqəsinə təhlükəsiz və etibarlı şəkildə çatdırılmasının mümkün olub-olmadığını qiymətləndirir.

Hüsyen İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm