Təhlil
Nazir: Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək
2018-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Azərbaycan ərazisi ilə qeyri-neft tranzitinin həcmi 190 min ton təşkil edib.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu, Türkmənistandan Azərbaycan vasitəsilə tranzitin ümumi potensialını əks etdirmir və gələcəkdə bu göstərici dəfələrlə artacaq.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək: "Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana səfəri çərçivəsində imzalanmış müvafiq sazişdə nəzərdə tutulub".
O bildirib ki, hesabat dövründə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə tranzit yükdaşımaların həcmi 10 milyon ton təşkil edib. Bunun 8,4 milyon tonu neft və neft məhsullarının, təqribən iki milyon ton isə qeyri-neft məhsullarının tranzitinin payına düşür.
Nazirin sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların həcmi 23 faiz artıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yükdaşımalar isə 100 dəfə çoxalıb.
Nazir həmçinin Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisinin başa çatacağı vaxtı açıqlayıb: “Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə, şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi








.jpg)








.webp)




















