Təhlil
Vergilər Nazirliyində struktur islahatı: nələr edildi?
2018-ci ildə Vergilər Nazirliyinin Aparatında struktur ciddi islahatları aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinin hesabatında bildirilib.
Hazırda Nazirliyin Aparatının yeni strukturuna Sənədlərlə iş və
vətəndaş müraciətlərinə baxılması departamenti, Vergi auditi,
İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin
icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və
uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına
nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi,
Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili
təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya
Mərkəzi daxildir.
Struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin
bölgüsündə də dəyişikliklər aparılıb. Yeni strukturlar iyulun 2-dən
fəaliyyətə başlayıb.
Vergilər Nazirliyində daha bir yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb. Yeni qurum Dövlət Gömrük Komitəsi ilə birgə maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstək verilməsi, idxal-ixrac əməliyyatlarına nəzarət sistemini həyata keçirir.
Qeyd edək ki, Mikayıl Cabbarov 2017-ci il 5 dekabrda Vergilər naziri təyin edilib.
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi








.jpg)








.webp)




















