Təhlil
Azərbaycanda dollar bahalaşacaq? - EKSPERT AÇIQLADI
Yaxın müddətdə ölkədə dolların bahalaşmasından söhbət gedə bilməz.
Bu sözləri Axar.az-a açıqlamasında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərov son günlər sosial şəbəkələrdə dolların bahalaşacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, hazırda ölkənin valyuta bazarında kifayət qədər güclü sabitliyin hökm sürdüyünü bildirib:
“Bu sabitliyin əsasında duran amil də ondan ibarətdir ki, ölkəyə valyuta axını ölkədən çıxan valyuta axınından çoxdur. Bu isə tədiyyə balansımızın müsbət vəziyyətdə olması deməkdir. Bundan əlavə, ölkənin xarici ticarət əlaqələrində idxal və ixrac əməliyyatlarında müsbət faza hökm sürür. Bütün bunların fonunda hazırda manatın möhkəmlənməsi üçün amillər daha mühüm rol oynayır. Mərkəzi Bank da məhz bunun – yəni manatın güclənməsinin - qarşısını almaqla məşğuldur. Yəni Mərkəzi Bank çalışır ki, manatın bundan artıq möhkəmlənməsinə imkan verməsin. Çünki valyuta bazarında hazırda dollara olan tələb təklifdən azlıq təşkil edir.
Düzdür, dolları təklif edən təkcə Dövlət Neft Fondudur. Bilirsiniz ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə hər il müəyyən məbləğdə transferi olur ki, həmin məbləği manat şəklində ödəyir. Məhsul xarici valyuta ilə satılır və onu manata çevirərək ölkəyə qaytarır, yəni təklif nöqteyi-nəzərindən hələ ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu üçün DNF-dən də asılıdır.
Amma biznes sektorunun inkşafı ilə əlaqədar görülən tədbirlər onu deməyə əsas verir ki, orta perspektivdə ölkənin valyuta gəlirlərində neft amilindən başqa qeyri-neft sektorundakı məhsullar da mühüm rol oynayacaq”.
Ekspertin sözlərinə görə, ölkə daxilində və xaricində mövcud olan iqtisadi şərait dolların bahalaşmasına şərait formalaşdırmır:
“Bu baxımdan manatın ucuzlaşması üçün deyil, möhkəmlənməsi üçün zəmin var. Nə qədər ki, neftin dünya bazarındakı qiymətləri hazırkı səviyyədə qalmaqda davam edəcək, yəni bir barreli 50 dollardan çox olacaq, dolların ölkəmizdə bahalaşmasından söhbət gedə bilməz”.
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi








.jpg)









.jpg)









.jpg)





.jpg)




