Təhlil
Sabiq nazirdən KRİTİK BÖHRAN XƏBƏRDARLIĞI: "Tarixdə beləsi görülməyib..."
“Bu gün dünya borcu bütün ölkələrin ümumi daxili məhsulundan üç dəfə yüksək olan rekord səviyyəyə - 243 trilyon dollara çatıb ki, bu da dünyada istehsal olunan bütün mal və xidmətlərin qiymətindən üçqat artıq deməkdir”.

Publika.az xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Fikrət Yusifov qlobal miqyasda yaranmış borc böhranının mənfi təsirlərindən bəhs edən məqaləsində qeyd edib.
Sabiq nazir bildirib ki, bu qədər borc qlobal iqtisadiyyatın altına yerləşdirilmiş və istənilən vaxt partlayıb onu tarixdə indiyə qədər görünməmiş bir şəkildə çökdürmək gücündə olan qorxulu bir bombadır: “Beynəlxalq maliyyə institutlarının məlumatına görə, 2018-ci ildə beynəlxalq borc artımı 3,3 trilyon dollar təşkil edib. Ümumi həcmi 243 trilyon dollar qlobal borca hökumətlərin 65 trilyon dollar dövlət borcu daxildir ki, bu da 2009-cu il böhranı dövründə bütün dövlətlərin mövcud olmuş dövlət borclarından 1,5 dəfə çoxdur.
Dünya iqtisadiyyatını və maliyyə sistemini əsaslı şəkildə silkələyən son böhran Avstraliya, Yaponiya və Fransa kimi inkişaf etmiş ölkələrdə borcun həcmini ÜDM nisbətində 400%-ə qədər artıra bildi. Mütəxəssislərin fikrincə, bu qədər nəhəng qlobal borc Qərb ölkələrinin mərkəzi banklarının məsuliyyətsizliyinin, pul kütləsinin nəzarətsiz artırılmasının və böyük həcmlərdə kreditlərin verilməsinin nəticəsidir.
Fiziki şəxslərə, müəssisələrə və hətta hökumətlərə verilən kreditlər iqtisadiyyatın inkişafına xidmət etməlidir. Lakin təəssüf ki, bu gün dünya iqtisadiyyatının borclanmanın səviyyəsinə uyğun böyüməsi baş vermir və buna baxmayaraq, borclanma sürətlə artmaqda davam edir. Bu mənada, mərkəzi bankların davranışı gələcək üçün heç bir narahatlıq keçirməyən narkomanların “doza” axtarışı ilə müqaisə edilə bilər”.
Ekspertin qeyd edir ki, vəziyyəti real dəyərləndirərək, indidən qlobal iqtisadi böhranın dağıdıcı gücünün hansı səviyyədə ola biləcəyinin fərqində olmaq lazımdır: “Dünyanı silkələyə biləcək qlobal iqtisadi böhran heç də uzaqda deyil. Unutmaq olmaz ki, bu böhranın ən ciddi təsirləri iqtisadiyyatı neftdən asılı olan ölkələrə olacaq. Çünki böhran 2014/2015-ci illərdə olduğu kimi neftə təlabatın ciddi şəkildə azalması və deməli, neftin qiymətlərinin kəskin aşağı düşməsi ilə müşahidə olunacaq”.
Zümrüd
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq








.jpg)




























