«Qorxmaz adam» - Rus nəşri İlham Əliyev haqda yazdı
Bizi izləyin

Təhlil

«Qorxmaz adam» - Rus nəşri İlham Əliyev haqda yazdı

Rusiyanın "Rosbalt" saytı Azərbaycan Prezidentinin yeni seçilmiş Milli Məclis üzvləri qarşındakı 10 mart çıxışından geniş məqalə dərc edib.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, məqalədə bəzi subyektiv və qərəzli yanaşmalar da mövcuddur və bu da təəccüblü deyil. Rusiya mediasında, xüsusilə sözügedən saytda ermənipərəst qüvvələrin olduğu kiməsə sirr deyil və bu qüvvələr zaman-zaman müxtəlif KİV-lərdə qərəzli mövqelərini gizlədə bilmirlər.

Amma sözügedən məqalədə obyektiv yanaşmalar üstünlük təşkil edir. Bu baxımdan məqalədəki bəzi məqamları oxuculara təqdim edirik.

Məqalənin girişində müəllif İlham Əliyev haqqında yazır: "İlham Əliyev qorxmaz adamdır. Görünür, bu keyfiyyəti də hakimiyyəti kimi atası Heydər Əliyevdən alıb».

Məqalədə Azərbaycan Prezidentinin Avropa qurumlarına xəbərdarlığına və prinsipial mövqeyinə xüsusi diqqət ayrılıb:

"Parlamentin iclasındakı çıxışında Azərbaycan Prezidenti burnunu ölkəsinin işlərinə soxmağa cəhd edənlərə xəbərdarlıq etdi və bunun faydasız iş olduğunu söylədi".

"Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir”, - deyə, məqalədə Prezidentin çıxışından sitat gətirilib.

Müəllif yazır ki, qan-qada gətirən inqilabları yada saldıqdan sonra Prezident İlham Əliyev Azərbaycandakı vəziyyəti digər ölkələrlə müqayisə etməyi təklif edir. Bildirilir ki, doğurdan da az qala bütün dünyada iqtisadi böhran olduğu vaxtda yanvar-fevral aylarında Azərbaycanda ÜDM 3 faiz, qeyri-neft sektorunda artım 22 faiz, əhalinin gəlirləri 9 faiz artıb, inflyasiya isə cəmi 2,8 faiz təşkil edib.

Koronavirusla bağlı Cənubi Qafqazda Azərbaycan ən yaxşı göstəriciyə malik olsa da, Prezidentin bu istiqamətdə də fəal iş apardığı, həkimlərin məvacibini artırdığı qeyd olunur. Yenidən siyasi bəyanatlara diqqət çəkən Rusiya nəşri dövlət başçısının Azərbaycan üzərində yeni məkrli planlarla bağlı dediklərini yada salır.

Prezidentin Azərbaycandakı sabit ictimai-siyasi vəziyyətə təhlükə törədəcək heç bir şərait olmadığını, antiazərbaycan qüvvələrin ölkə xaricində yeni "beşinci kolon" yaratmaq istədiklərini dediyi bildirilir.

"Çünki indiki "beşinci kolon" öz sahiblərinin etimadını doğrultmur", - deyə, Prezidentin çıxışından iqtibas gətirilir.

"Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır", bəyanatına da toxunulur. Prezidentin 2təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin" sözləri rus oxucusuna təqdim edilir.

Yazıda Prezidentin Azərbaycana münasibətdə həm ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həm Avropa Parlamentinin qərəzli mövqeləri barədə dediklərinə də toxunulur. Bildirilir ki, Prezident İlham Əliyev Ermənistandakı 2018-ci il seçkilərinin kobud qanun pozuntuları və saxtakarlıqla keçirilməsinə baxmayaraq, ATƏT-in bu qanun pozuntularını görməzdən gəldiyini tənqid edib.

Avropa Parlamentinə 9 fevral seçkilərini izləmək üçün dəvət göndərilmədiyi halda guya bu qurumun Bakıya gəlməkdən imtina etdiyi də xatırladan Azərbaycan Prezidentinin bu fikirləri də məqalədə təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm