Sabiq dövlət müşaviri: “Bişkek protokolu deyilən sənəd yoxdur”
Bizi izləyin

Nida.az

Sabiq dövlət müşaviri: “Bişkek protokolu deyilən sənəd yoxdur”

Sabiq dövlət müşaviri: “Bişkek protokolu deyilən sənəd yoxdur”

“Bişkek protokolu deyilən sənəd yoxdur və bu, həmçinin siyasi sənəd deyil”.

Bu barədə Dağlıq Qarabağ danışıqlarında əsas iştirakçılardan olmuş sabiq dövlət müşaviri Vəfa Quluzadə Publika.Az-a açıqlamasında atəşkəsin vaxtının bitməsi haqda informasiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu protokolu Azərbaycan parlamenti ratifikasiya etməyib: “Burda heç bir vaxtdan söhbət getmir. O zaman Azərbaycan müdafiə naziri ilə Ermənistanın müdafiə naziri arasında belə bir protokol imzalanıb. Bunun imzalanması Prezidenti Heydər Əliyev və Levon Ter-Petrosyanın razılığı ilə baş verib”.
V. Quluzadə protokolun formulunu da açıqlayıb.

“Formul belə idi ki, sülh əldə olunana qədər atəşkəs bağlansın. İndi deyirlər ki, guya 20 illik olub. Halbuki orda vaxtla bağlı heç nə göstərilməyib və dediyim kimi heç bir siyasi qüvvəsi yoxdur. Sadəcə olaraq Bişkek protokolu yalnız müxtəlif spekulyasiyalar üçün dilə gətirilir”-deyə sabiq dövlət müşaviri bildirib.
O, qeyd edib ki, atəşkəsin əldə olunması hər kəsdən çox Rusiyaya lazım idi. Onun sözlərinə görə, məhz buna görə protokol Rusiya tərəfindən hazırlanıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm