İdman
Olimpiya mükafatçısı məmur həyatından danışdı
Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev hazırda Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır. Qeyd edək ki, kompleks 2009-cu ildən fəaliyyət göstərir.
Mövlud Mirəliyev Publika.Az-a açıqlamasında rəhbərlik etdiyi kompleksin fəaliyyəti ilə bağlı məlumat verdi:
“Kompleksin fəaliyyəti qənaətbəxş kimi dəyərləndirmək olar. Burada müxtəlif yarışılar təşkil olunur.
2009-cu ildən- fəaliyyətə başladığı andan kompleksdə rayon və zona birincilikləri keçirilir.
Bundan əlavə, kompleksə gələnlər güləş, cüdo, boks və bir necə qeyri- olimpiya növləri ilə məşğul olurlar. Burada 300-dən çox idmançı müxtəlif idman növləri ilə məşğul olur. Təbii ki, onlar arasında perspektivli idmançılar da az deyil”.
Olimpiya çempionu cüdonun Azərbaycandakı inkiçşafına da toxundu:
“Düşünürəm ki, cüdonun Azərbaycanda bugünkü fəaliyyəti normaldır. Özünüz də bilirsiniz, ölkəmizdə tanınmış cüdoçular az deyil. Onların qazandıqları nailiyyətləri danmaq olmaz. Həmin cüdoçular da idmana yeni başlayan hər bir idmançıya böyük həvəs verir”.
Sonda Mövlud Mirəliyev 2016-cı ildə Brazilyada keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı fikirlərini bildirdi:
“İdmançılarımızı böyük sınaqlar gözləyir. Ümid edirəm ki, 2016-cı ildə Braziliyada idmançılarımız böyük qələbələr qazanacaqlar. Uğurları ilə hər kəsi sevindirəcəklər”.
Aygün İlqarqızı
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI