Bitmiş layihələr
Ucal Mövludu bağışlayacaqmı?
Mövludun intiharı hamımızı dərindən sarsıtdı. Sosial şəbəkədən tutmuş, ölkə mediasına qədər hamı intihardan yazdı, ağladı və hətta onu qınayanlar da oldu. Düzdür, heç kim belə ucuz ölümü ona yaraşdırmadı. Bilirik ki, Mövlud həyatsevər, zarafatçıl və deyib-gülən insan idi. Onun intihar etməsi insanları şoka saldı. Demək ki, sadalananlar bir insanın intihar etməsinin qarşını almır. Biz bunu Mövlud da gördük. Adətən intihar edənlər sakit və cəmiyyətlə qaynayıb-qarışmayan insanlar olurlar.

Hər kəs bilirdi ki, Mövlud qeyri-adi istedad sahibidir. Mövlud sözlə danışmağı bacarırdı. Sözü sözlə vururdu. Mövlud gənc yaşında o qədər populyarlışmışdı ki, yazı yazmayanda onun boşluğu hər dəqiqə hiss olunurdu. Necə ki, etdiyi intiharı ilə ölkə gündəmini bir-birinə vurdu.
Mövlud potensialını ölkənin ədəbi prosesinə sərf etmək istəyirdi. Sadəcə olaraq, problemlər və yaşadığı sosial-iqtisadi çətinliklər buna imkan vermirdi. Uzun illər yığılan problemlər onu sıxırdı. Evsizlik, ümidsizlik, onu hər gün intihara yaxınlaşdırırdı. Sadəcə olaraq, Mövlud üzünün təbəssümü və zarafatları ilə hər kəsi aldadırdı. Amma, intihar etmək çarə yolu deyil. Mən onun intihar etməsinə haqq qazandırmıram. Çünki Ucal balanın haqqı məni bağışlamaz. Bircə onu bilirəm ki, Mövlud Ucala qarşı düzgün etmədi. Hamımız atayıq və övladlarımızın həyatında hansı yerimizin olduğunu bilirik. Məni düşündürən odur etdiyi intihara görə illər sonra Ucal Mövludu bağışlayacaqmı?
Elnur Eltürk
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar - Foto
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto












.jpg)










.jpg)









.jpg)


