Dahi ömrü
Roman yazan, İslam dininə heyran imperator - FOTO
Fransa inqilabi ordusunun generalı, fransızların imperatoru, İtaliya Respublikasının Prezidenti Napoleon Bonapart 15 avqust 1769-cu ildə Korsikada anadan olub.
O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu olaraq dünyaya gəlib. Ailədə 13, sonradan tələf olanları çıxmaqla 8 (5 oğlan və 3 qız) uşaq olublar. Ailəsi XVI əsrdən etibarən adaya köç etmiş xırda aristokratlardan idi. Əslən İtaliyanın Toskana əyalətindən olan atası Karlo Bonapart yerli mülkədarlardan həm də müstəqillik uğrunda mübarizənin rəhbəri Paskal Paolinin katibi olmuşdur.
Napoleon 10 yaşında Paris hərbi akademiyaya göndərilib. Burada o, attilleriyanın sirlərinə: hidrostatikaya, diferensial və inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənlərinə yiyələnib. Təhsilini tamamlayıb məzun olduqdan sonra16 yaşında fransız ordusunda zabit kimi çalışıb.
24 fevral 1785-ci ildə atası mədə xərçəngindən vəfat edir. Napoleon ailə başçısı vəzifəsini öz boynuna götürür. Anasına kömək məqsədilə 11 yaşlı kiçik qardaşı Luisi yanına gətirib tərbiyəsi ilə özü məşğul olur.
Asudə vaxtlarını ədəbiyyata və yazıçılığa sərf edir. Mütaliəyə çox vaxt ayıraraq romandan, dərsliklərdən, antik tarixi salnamələrdən, Platondan tutmuş müasirlərinə qədər olan çoxlu əsərlər oxuyur. Belə ki, Yohan Volfqanq Höteni dəfələrlə oxuyarmış. Sonralar siyasətə maraq göstərərək Jan Jak Russonu özünə ideal seçir. Böyük Britaniyanın konstitusiya-monarxiya quruluşu ilə ciddi maraqlanır. Daha sonralar fransız tarixçisi və sosioloqu Reynal Qiyom Tomas Fransua diqqətini çox çəkir.
Jozefina ilə tanış olub evlənmədən əvvəl “Clisson et Eugénie” adlı gənc əsgərin eşq hekayəsindən bəhs edən roman yazır.
9 mart 1796-cı ildə Jozefina ilə nikaha girir. Bu qadın Napoleonun onu ehtirasla sevməsinə rəğmən ona sıx bağlanaraq hətta onun ağır xasiyyətinə və gəzəyən ər xüsusiyyətlərinə dözür. Jozefinanın keçmişi və övladsız nikahı Napoleonun ailəsində bir o qədər də müsbət qarşılanmırdı. Hətta, Paris Notr-Dam kilsəsində Napoleon Jozefinanı imperatriça elan edəndə anası Letizia mərasimdə iştirakdan imtina edir. Bu sonsuzluq saray və imperiya qanunlarina cavab vermirdi. Cütlük boşanmaq qərarı alaraq 10 yanvar 1810-cu ildə rəsmən boşanırlar. Sonralar Jozefina rus çarı I Aleksandr ilə eşq münasibətləri yaşayırlar.
Napoleon şəkillərdə qısa boylu görünməsi ingilis təbliğatının məhsuludur. Əslində onun boyu 170 sm-dən çoxdur.
Napoleon fransız imperatoru olmasına baxmayaraq, heç zaman mənşəyini unutmamış korsikalı xüsusiyyətlərini qoruyurdu. Gənc yaşında Korsikanın Fransa boyunduruğu altında olmasına qarşı çıxmış, öz ləhcəsindən heç vaxt imtina etmir.
Rozetta Daşı onun sayəsində kəşf edilir.
Hərbi karyeraya sahib olsa da, özünü hər zaman elm insanı kimi görür elmə olduqca önəm verirdi. Rozetta Daşı 15 iyul 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı fransız zabiti Pyer Fransua Xavyer Buşar tərəfindən Rəşid şəhəri ərazisində aşkar edilir. Sonra isə general Menu onu İsgəndəriyyədəki evinə gətirir. Napoleonun Misir ekspedisiyasına daxil olan bir qrup alim tərəfindən dərhal tədqiqinə başlanılır. Fransızlar 1801-ci ildə, məğlubiyyətdən sonra mülklərini britaniyalılara buraxıb getdikdən bir il sonra daş kitabə Londondakı Britaniya muzeyinə gətirilir və bu günədək burada qorunmaqdadır.
Bethoven 3-cü sinfoniyasını ona həsr etmək istəmişdi.
Bethoven bəstələdiyi 3-cü sinfoniyasını bütövlükdə heyranlıq duyduğu Napoleona həsr etmək istəyirdi. Lakin, Napoleon özünü fransız imperatoru elan edəndə Bethovenin bütün simpatiyasını itirdi və ona həsr etməkdən imtina etdi.
İslam dininə heyran idi
Araşdırmacılar Napoleonun Misirdə olduğu müddətdə İslam dini və Məhəmməd peyğəmbərin həyatından təsirləndiyini, İslamın yaxınlığında olduğunu dilə gətirmişdir: “Mən heç kiməm. Misirdə müsəlmanam, burda katolikəm.”
Vaterloo döyüşündəki məğlubiyyətdən sonra onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelena adasına sürgünə yollayırlar. Müqəddəs Yelena adasında Napoleon öz memuarlarını yazır. Səhhətinin get-gedə pisləşir və o, 5 may 1821-ci ildə vəfat edir. Meyiti yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etdiyi bilinir. Onun zəhərlənərək öldürüldüyü deyilsə də, bununla bağlı iddialar təsdiqini tapmır.
Ölümündən demək olar ki iyirmi il sonra Napoleon Bonapartın cəsədi 15 oktyabr 1840-cı ildə Fransaya gətirilmiş və özü tərəfindən tikdirmiş olduğu, lakin sağlığında altından keçə bilmədiyi Parisin Zəfər Tağından keçirilməklə Əlillər meydanında sarkofaqda dəfn edilir.
Dilrubə Vaqifzadə
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı