Qumarbaz yazarın hüznlü sonu
Bizi izləyin

Həyat hekayəsi

Qumarbaz yazarın hüznlü sonu

Nikolay Alekseyeviç Nekrasov (1821-1877) Podolski quberniyasının Nekrasov quberniyasında anadan olub.

Onun atası kiçik dvoryan idi. Hələ kiçik yaşlarından gələcəyin böyük şairi Qreşnev kəndinə gedərkən atasının adını özünə götürür. Atasından keçən təkcə ad deyildi, onun bir çox xarakter cizgiləri də Nekrasovda müşahidə olunurdu. Deyilənə görə, Nekrasov səbirsiz, dəbdəbəyə və alkoqola meyilli, hətta şeirlərində söyüş işlətməkdən belə çəkinməyən biri idi. Şairin kart oynamaqdan xoşu gəlirdi. Qəribədir ki, o, bütün həyatı boyu xristianlığın ləğv edilməsi uğrunda mübarizə aparmışdı.

O, ehtiraslı oyunlara qurşanan zaman başa düşdü ki, həddi-büluğa çatmış insan və məşhur yazıçıdır. Atası ilə doğma evini tərk edib Peterburqa gedəndə orada pul problemi ilə qarşılaşdı. Üstlərində olan pul isə nəinki qurşandığı oyuna, heç yeməyə də bəs etmirdi. Bu hal o vaxtadək davam elədi ki, tənqidçi, ədəbiyyatşünas Belinski şairə diqqət yetirdi və gənc istedadı Panayev adlı ədəbiyyatçının evinə qonaq çağırdı. Ciddi insanların içində özünü necə aparacağını bilməyən Nekrasov şeirlərini oxudu və hamı heyran qaldı. Nahardan və qiraətdən sonra kart oynamağa qərar verdilər. Bu işin ustası olduğu üçün Nekrasov özünü sərbəst aparırdı və o, tezliklə evdə olan hər kəsi məğlub etdi. Belinski, həqiqətən də, gəncə heyran qalmışdı.

Bir neçə il keçdi, Nekrasov "Sovremennik" adlı populyar jurnalın rəhbəri olur. Onun rəhbərlik etdiyi vaxtlar jurnal rəngarəngliklə və bununla yanaşı, çoxlu oxucu qazandı. Müasirlərin poemaları oxucular tərəfindən əzbərlənirdi. Yazıçının şəxsi həyatında da hər şey çox gözəl gedirdi. O, Panayevdən "ovladığı" qızla birgə yaşayırdı. Nekrasovun həyatı getdikcə gözəlləşirdi. Artıq onun faytonçusu və şəxsi xidmətçisi vardı.

Şair daha sonra yenidən kart oynamağa davam edir və demək olar ki, həmişə əli gətirir. Panayev ona xəbərdarlıq edirdi ki, qumar oyunlarına son qoysun, amma görünür, Nekrasov bəxtinə çox güvənirdi.

Bir gün nahar vaxtı şairin yanına Afansev-Çubinski adlı tanınmış belletrist gəlir. Onun uzun və çox baxımlı dırnaqları vardı. İki hesaba görə, belletrist, Nekrasova məğlub oldu. Oyun ta 25 rubla qədər belə davam etdi. Bundan sonrakı oyunlarda isə Nekrasov getdikcə uduzmağa başladı, onun itirdiyi məbləğ min rubla çatdı. Qonaq evdən gedəndən sonra Nekrasov anladı ki, belletrist özünün uzun dırnaqları sayəsində şairi məğlub etməyi bacarıb. Nekrasov bundan sonra özünə söz verdi ki, uzun dırnaqlı adamlara heç vaxt kart oymayacaq.

Bir dəfə kart oyununda düzəldilməsi mümkün olmayan bir səhv baş verdi. Kart həvəskarları yeni bir qayda qoydular ki, bundan sonra oyun zamanı heç kim heç kimə borc pul verməyəcək. Bu vaxt "Sovremennik" jurnalının işçilərindən biri Nekrasova 300 rubldan oynamaq təklif edir, ancaq mətbu orqanın rəhbəri bununla razılaşmır. İşçi İqnat Pyotorov xahişinin yerinə yetirilmədiyini görüb, şairi qorxutmaq üçün özünü gülləyəcəyini deyir. Ancaq bu da Nekrasovu öz qərarından döndərə bilmir. Səhər isə hamı Pyotorovun özünü öldürdüyündən xəbərdar olur və bu xəbərə Nekrasov çox üzülür. Şair düşünür ki, cavan oğlanın min rubl borclu olub və pulu qaytarmadığı halda, borc sahibləri onu həbsxana ilə hədələyiblər. İqnat da bu biabırçılıqdan qurtulmaq üçün özünü öldürmək yolunu seçib. Bütün ömrü boyu Nekrasov bu hadisəni kədərlə və əzabla yada salır.

Şair Nekrasovun sevgi hissi də çox güclü olub Onun bir neçə qadını sevdiyi haqda məlumatlar var. O, 15 yaşlı Yakovlev Avdotla birgə yaşayıb, sonra ayrılıblar. Seliya Lefrem adlı fransız qadını ilə olan romanı isə daha sonralara təsadüf edir. Şairin həyatının böyük bir hissəsi puça çıxanda fransız qadın öz vətəninə qayıtdı. Ömrünün axırlarında Nekrasov 19 yaşlı Fekl Anisimovla birgə yaşadı. Birlikdə yaşadığı qadın şairin onu "Zinaid" çağırmasını istəyirdi.

Nekrasov çox içdiyindən onun bağırsaqları məhv olur və o, xərçəng xəstəliyinə tutulur. Ancaq bununla belə, şair sevgilisi Zinaidlə nikahlandı və ömrünün son anlarına qədər onlar birlikdə yaşadılar.

Hazırladı: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm