Xüsusi
ABŞ-dan bütün dünyanı SİLKƏLƏYƏCƏK ADDIM: böyük fəlakətlə ÜZ-ÜZƏ - MÜSAHİBƏ
Venesuelada kəskin siyasi və iqtisadi böhran inqilaba çevrilə bilər. Belə ki, müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan edib.
Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla, artıq bir neçə ölkə tanıyıb. Bu siyahıya Amerika qitəsində yerləşən 34 ölkə də daxildir. Maduro isə buna cavab olaraq ABŞ-la diplomatik əlaqələri kəsib və Amerika diplomatlarına ölkəni tərk etməsi üçün 72 saat vaxt verib. Moskva isə Birləşmiş Ştatların hərəkətlərini başqa dövlətlərin daxili işlərinə “həyasız müdaxilə” kimi qiymətləndirib.
Mövzu ilə bağlı Publika.az-ın suallarını politoloq Natiq Miri cavablandırıb.
- Venesuelada baş verən proseslərin pərdəarxası nədən ibarətdir?
- Venesuelada bir dövlətin daxili işlərinə başqa bir dövlət tərəfindən kobud müdaxiləni müşahidə edirik. Bu da təbii ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən qəti şəkildə qəbul ediləcək siyasi olay deyil. Çünki seçkilərin nəticəsinə əsasən, Nikolas Maduro yenidən Venesuelanın prezidenti seçildi. Andiçmə mərasimindən sonra da dövlətin başçısı olaraq fəaliyyətə başlayıb. Lakin ABŞ Venesuelanın daxili işlərinə qarışaraq Maduro əleyhinə olan qüvvələrə dəstək verməklə qanunverici orqanın sədri olan Juan Quaydonu dövlət başçısı kimi tanıyıb. Bu da qanunsuz olduğu qədər həm də absurd şəkildə bir dövlətin gələcəyini təyin etmək haqqını özündə görmək hadisəsidir. ABŞ-ınkı heç bir hüquqi normaya sığan addım deyil. ABŞ dünyada nə qədər hegemon dövlət olsa da, Venesuela bir o qədər müstəqil dövlətdir. O, özünün gələcəyini öz xalqı və konstitusiyası ilə təyin etməlidir. Belə olduğu təqdirdə, başqa ölkənin seçkinin nəticəsini tanımaması bir tərəfə, özü tərəfindən qondarma prezident təyin etmə haqqını özündə görməsi dünyada görülən təcrübə deyil, beynəlxalq hüququn qətl edilməsidir. Lakin təəssüf ki, ABŞ və ondan asılı olan ölkələr, o cümlədən Avropa İttifaqı qeyri-qanuni olan şəxsi dövlətin prezidenti kimi tanımaqla beynəlxalq hüquqa, Venesuela dövləti və ictimaiyyətinə tüpürmüş oldular. Bu hadisə dünyanı ikiyə böldü. Amerika qitəsində olan bəzi ölkələr, Rusiya, Türkiyə və İran Venesuela xalqını dəstəklədiklərini və prezident kimi Maduronu tanıdıqlarını bəyan etdilər. ABŞ Quaydonu prezident kimi tanımaqla kifayətlənməyib, hətta lazım gəldiyi təqdirdə Venesuelaya hərbi müdaxilə məsələsinin də müzakirə mövzusu olduğunu bildirib. ABŞ-ın bu haqqı özündə tanıması bütün dünya üçün qlobal təhlükə vəd edir. Prezidentin demokrat olub-olmamasından asılı olmayaraq heç bir dövlət başqa bir dövlətin bu səviyyədə daxili işlərinə qarışmaq haqqını özündə tapmamalıdır. Maduro hətta diktator kimi fəaliyyət göstərilməkdə ittiham oluna bilər. Lakin bu gerçəyi dəyişdirmir. Ən azından, Maduro prezident seçilib və bu təyinatda fəaliyyətini davam etdirməyi konsitutsiya isə təsdiq edib. Ali Məhkəmə də bu haqqı Maduroya tanıyıb. Belə olduğu təqdirdə ABŞ və onun qoltuğunun altına girən bir çox ölkələrin kobud şəkildə ölkəyə müdaxiləsi biabırçıdır və təhlükəlidir.
- ABŞ bu cür addımlarla dünya miqyasında rəqibləri olan supergüclərə hər hansı mesaj verməyi hədəfləyir?
- Bu cür davranışlar: kobud siyasi və hərbi müdaxilələrə cəhdin özü digər ölkələrə “gözü çıxmış qardaşından dərs götürmək” fonunu yaratmaq üçündür. Yəni buna təsadüf kimi baxmamalıyıq. ABŞ bununla demək istəyir ki, bizimlə razılaşmayan istənilən rejimi çox asanlıqla dəyişə və istədiyimiz adamı hakimiyyətə gətirə bilərik. Bilirsiniz ki, bu gün bu kontekstdə ABŞ-la İran arasında gərgin mübarizə gedir. İran kimi ölkələrə Venesuelaya müdaxilə dolayısı ilə gözdağı sayıla bilər. Ancaq hər bir halda, bu müdaxilə qəbuledilməzdir.
- Venesuelada vətəndaş müharibəsi başalayacaq?
- Artıq bunun əlamətləri görünməkdədir. Bilirsiniz ki, özünü prezident elan etmiş Milli Məclisin sədri Juan Quaydonun tərəfdarları artıq küçələrə axışıb və xalqı üsyana çağırmaqla əslində vətəndaş müharibəsini tətikləyirlər. İkinci məsələ isə odur ki, Venesuelanın hərbi qüvvələri bəyan etdi ki, hər hansı bir xarici müdaxiləni və qondarma şəxslərin özünü prezident təyin etməsini faktını qəbul etməyiblər. Ona görə də sona qədər konsitutsiyanın şərtlərinə sadiq qalacaqlar. Bu da o deməkdir ki, ordu Maduronu dəstəkləyir. Maduro da eyni zamanda, ordunu küçələrdə asayişi təmin etməyə çağırıb. Bu fakt da göstərir ki, Venesuelada çox böyük qarşıdurma yaşana bilər. Çünki qondarma prezidentin xalqı küçələrə çağırması sıradan olay deyil. Bir gün öncə ABŞ da Venesuela xalqını Maduroya qarşı müqavimətə çağırmışdı. Bu göstərir ki, həm siyasi, həm də maliyyə baxımından ciddi şəkildə separatçılara ABŞ tərəfindən dəstək var. Ölkədə vətəndaş müharibəsinin başlanmasında da bu ölkənin ciddi marağı olduğu ortaya çıxır. Ona görə də Veneuselada müharibənin başlanması təhlükəsi olduqca realdır.
- Türkiyə və Rusiyanın mövqeyi aydındır. Bu ölkələr ABŞ-ın Veneuselaya müdaxiləsinə qarşı ittifaq şəklində əks hücuma keçə bilərlər?
- Hərbi müdaxilədən söhbət gedə bilməz. Çünki sözügedən ölkələr Venesuelanın daxili işinə qarışmamaq tərəfdarıdır. Düşünmürəm ki, Türkiyə və Rusiya bu prosesə birbaşa müdaxilə etsin. Ortada bir də Suriya təcrübəsi var. Suriyada da 2011-ci ildə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bu zaman Suriya rəsmi qaydada Rusiyanı hərbi köməyə çağırmışdı. Rusiya da bu bəhanədən istifadə edərək həm Suriya, həm də Yaxın Şərqdə öz geosiyasi maraqları kontekstində hərbi müdaxilə etdi. Ancaq bu müdaxilənin 8 ildir ki, acı nəticələrinin şahidi oluruq. Bu cür təcrübələri gözə alaraq ABŞ-la Amerika qitəsində üz-üzə gəlməmək üçün Türkiyə və Rusiya bu növ müdaxilələrdən qaçmış olacaq. Lakin hər iki ölkənin və digərlərinin Maduroya dəstək verməsi beynəlxalq hüququn qorunması baxımından çox əhəmiyyətlidir. Bu həm də Maduronun legitim prezident kimi dünya siyasətində mövqeyini gücləndirir və haqlı olduğunu göstərir. Türkiyənin bu dəstəyi Nikolasa hava-su kimi lazımdır. Məhz bundan irəli gəlir ki, qanumi prezident "balkon çıxışı"nda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng etdiyini və “qardaşım, dik dur, yanındayıq” mesajını verdiyini birbaşa xalqa çatdırdı. Bu fürsətdən istifadə edərək Maduro ordu vasitəsilə ölkəsində nizam yarada bilər.
- Gürcüstanın mövqeyinə gəldikdə insan özünü bu sualı verməkdən saxlaya bilmir “Tiflis, sənə gəlib?” Bu mövqeyi necə dəyərləndirirsiniz?
- Bu mövqe Gürcüstanın NATO və qərbyönümlü siyasəti ilə bağlıdır. Görünür, Gürcüstanı bu dəstəyə hansısa qüvvələr vadar edib. Çünki Gürcüstan kimi dövlətin bu məsələdə mövqe bildirməsi heç nəyi həll etmir. Sadəcə ABŞ-ın qondarma prezidenti tanımasından sonra ciddi şəkildə bir çox ölkələrə müraciət edib ki, onun bu qərarına dəstək versinlər. Gürcüstan öz iradəsi ilə bu bəyanatı verməyib. Yoxsa Gürcüstan bu cür qlobal hadisələrin istiqamətini dəyişəcək gücə malik deyil. Qlobal səviyyədə siyasət yürüdüb sözünü keçirən bir dövlət də deyil. Buna görə də düşünürəm ki, bu məsələnin arxasında da ABŞ dayanır.
- Venesueladakı vəziyyətin nəticələrini necə proqnozlaşdırırsınız?
- Bu məsələ iki aspektdə düşünülməlidir. Birincisi, güc orqanlarının – ordunun və xüsusi xidmət orqanlarının kimi dəstəkləməsi əhəmiyyətlidir. Bu kontekstdə asayişi təmin etmək və separatçıları zərərsizləşdirmək üçün intizam yaratmağa ehtiyac var. Maduro bir prezident kimi və onu dəstəkləyən ölkələr BMT-nin Təhlükəsizlik Şurasının təcili surətdə çağırılmasını təmin edə bilərlər. Ən azından Türkiyə və ya Rusiya bunu edə biləcək. Çünki bir dövlətə kobud şəkildə müdaxilə olunub və beynəlxalq hüquq özünə mövqe seçəcəksə, bu müraciətin yanında olacaq. Mənə elə gəlir ki, yalnız beynəlxalq reaksiyalar ABŞ-ın hərbi müdaxiləsinin qarşısını ala bilər.
Zümrüd
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO