Digər
Azərbaycan qazının Türkiyəyə çatdırılma vaxtı bəlli oldu
Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikinti layihəsinin reallaşdırılması üzrə konsorsium 2018-ci ilin sonunda boru kəməri ilə ilk qazın tədarükünə başlamağı planlaşdırır. Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Kənan Yavuz cümə axşamı jurnalistlərə məlumat verib.
Publika.az xəbər verir ki, K.Yavuz 10 mlrd. dollar dəyərində bu layihənin reallaşdırılmasının uğurla davam etdirildiyini deyib: “2018-ci ilin sonuna kimi TANAP qaz kəmərinin Eskişehirə qədər hissəsinin tikintisini başa çatdırmağı planlaşdırırıq. Bu, Türkiyənin daxili tələbatlarının təminatı məqsədilə “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından Azərbaycan qazının tədarükünə başlamağa imkan verəcək”.
K.Yavuzun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün təminatı məqsədilə TANAP qaz kəmərinin qalan hissəsinin tikintisi daha gec müddətdə başa çatdırılacaq.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi 10 mlrd. dollar dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) – 58%, BP – 12%, BOTAS – 30%.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı