Rusiya gömrük qapılarını Türkiyənin üzünə qapatdı
Bizi izləyin

Dünya

Rusiya gömrük qapılarını Türkiyənin üzünə qapatdı

Rusiya Türkiyə ilə gömrük qapılarını bağlayıb.

Publika.az xəbər verir ki, Rusiya ölkəyə gələn iş adamlarını da hava limanlarından geri qaytarılır.

Habelə, Rusiyaya mal aparan yüzlərlə TIR gömrük məntəqələrində gözləyir. Onların çoxu meyvə-tərəvəz yüklüdür.

Dəniz yolu da qapadılıb. Belə ki, Samsundan Novorossiysk limanına gedən, üzərində 100 TIR olan bərə açıq dənizdə dayandırılıb.

Sürücülərdən biri bildirib ki, əvvəllər Rusiya gömrüyündə 100 maşından 3-4-ü yoxlanılırdısa, indi hamısına bir-bir baxış keçirilir.

Türkiyə mənbələrinin məlumatına görə isə gömrükdə gözləyən malların bazar dəyəri 30 milyon dollardan yuxarıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm