FED gözlənilən qərarı açıqladı
Bizi izləyin

Ekopublika.az

FED gözlənilən qərarı açıqladı

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası başa çatıb.

Qabaqcadan da proqnozlaşdırıldığı kimi, FES dolların uçot dərəcəsini dəyişməyərək 0,25-0,50 faiz aralığında saxlayıb.

İclasda faizin sabit saxlanılması qərarı yekdilliklə qəbul olunub. Eyni zamanda, uzunmüddətli faiz hədəfi 3,3 faizdən 3 faizə endirilib. Bununla yanaşı bildirilib ki, ABŞ iqtisadiyyatına neftin təsirinin azalması ilə inflyasiyanın 2 faizə yüksəlməsi, məşğulluq bazarı göstəricilərinin möhkəmlənməsi gözlənilir.

Qərar mətninə görə, FES üzvləri 2016-cı ildə bir dəfə, 2017-ci və 2018-ci illərdə isə 3 dəfə faiz artımı gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm