ABŞ
Bu ölkənin əhalisinin yarısı yaşamaq üçün mübarizə aparır
Amerika Birləşmiş Ştatlarında ölkə əhalisinin yarısı yaşamaq üçün mübarizə aparır.
Publika.az xəbər verir ki, ən böyük qeyri-kommersiya təşkilatı “United Way”in açıqlamasına görə, əhalinin 43 faizi qida və mənzil ehtiyacını ödəyə bilmir.
119 milyon ev təsərrüfatının yerləşdiyi Amerikada 50.8 milyon insan əsas həyat ehtiyaclarını təmin edə bilmir. 16.1 milyon isə federal yoxsulluq səviyyəsinin altında yaşamağa çalışır.
Ev təsərrüfatlarının 42.6 faizi ərzaq, mənzil, sağlamlıq, uşaqların baxımı kimi xərcləri təmin edə bilmir.
Ölkənin 18 ştatında aparılan sorğu nəticəsinə görə, ev təsərrüfatlarının 30 faizdən çoxunun əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər büdcəsi yoxdur.
Hesabatda ABŞ-ın ən zəngin ştatlarından olan Kaliforniya və turizm cənnəti olaraq bilinən Havayda əhalinin 49 faizi yoxsulluqla mübarizə aparması diqqət çəkir. Bundan başqa, ABŞ-da tam günlük işlərdə bir saat başına düşən gəlir 20 dollardır. Bu da il ərzində 40 min dollardan az gəlir deməkdir.
Gülxar
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ