Art
Beynəlxalq muzeylər günüdür - TƏQVİM
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Ölkəmizdə də bu gün qeyd olunur. Bu münasibətlə muzeylərdə “açıq qapı” günü elan olunub. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunub.
Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin
əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq
məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus
texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət
göstərib.
İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı.
Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanıb.
Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənib: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi fəaliyyət göstərir.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir.
Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan)
qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və
səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə
“səma altında muzey” adlandırıb.
Cəvahir
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi