Sərvət Gürcanın “Sən eşqsən” kitabının təqdimatı keçirildi
Bizi izləyin

Art

Sərvət Gürcanın “Sən eşqsən” kitabının təqdimatı keçirildi

Tanınmış Türkiyə şairi Sərvət Gürcanın AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ”Ulu Çinar” jurnalı tərəfindən nəşr olunan “Sən eşqsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğində xüsusi rolu olan Sərvət Gürcanın yaradıcılığından bəhs etdi, tədbirə qatılmaq üçün Bakıya gələn tanınmış Türkiyə siyasətçisi, 1983-2003-cü illərdə üç hökumətdə nazir işləmiş İlhan Aküzümü salamlayıb, onun Azərbaycan kökənli bir siyasət nəhəngi olduğunu bildirdi.

Sərvət Gürcanla uzun illərin arkadaşı olduğunu söyləyən İlhan Aküzüm “Azərbaycan Prezidenti İlham Əliyevin ona təqdim etdiyi “Dostluq” ordenini yüksək qiymətləndirdi: “Bu orden övladlarım üçün qoyacağım ən böyük mirasdır” dedi.

Tədbirdə iştirak edən “Ulu Cinar” jurnalının baş redaktoru Elxan Zal, millət vəkili Fərəc Quliyev, dramaturq dr. Firuz Mustafa, yazıçı-dramaturq Elçin Hüseynbəyli, türkoloq dr. Minəxanım Təkləli, dr. Asif Rüstəmli və başqaları öz ürək sözlərini dedilər və Türkiyə ədəbiyyatının Azərbaycanda təbliğinin davamlı olacağına inandıqlarını dilə gətirdilər.

Sonda Sərvət Gürcan kitabını nəşr edənlərə və tədbiri düzənləyənlərə öz minnətdarlığını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm