Üç hadisə, eyni ssenari - Moskvadan ŞOK İDDİA
Bizi izləyin

Avropa

Üç hadisə, eyni ssenari - Moskvadan ŞOK İDDİA

“Sergey Skripal, Boris Berezovski və Aleksandr Litvinenko işləri bir ssenari üzrə açılır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan bildirib.

“Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Skripal və onun qızının zəhərlənməsi haqqında xəbərlərlə anti-Rusiya kampaniya Britaniya hakimiyyəti tərəfindən fitnəkar ssenari üzrə aparılır. Bu ssenari 2003-cü ilin yayında Boris Berezovski və 2006-cı ilin noyabrında Aleksandr Litvinenkoya sui-qəsd hadisələri üzrə Rusiya əleyhinə hazırlanan kampaniyanın ssenarisi ilə analoq təşkil edir”, - Karapetyan deyib.

O vurğulayıb ki, hər üç hadisədə təxribatların subyektləri kimi ağır cinayətlərin törədilməsinə görə Rusiyada təqib edilən şəxslər istifadə olunub.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Britaniyanı rusiyalıların təhlükəsizliyini təmin etməməkdə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm